Daha bir qrup azərbaycanlı fəal Milli Hərəkata qarşı təxribatçı çətəçilərlə bağlı ayrı-ayrılıqda Bəyanat yayıblar – SİYAHI2

2017-08-01 13:25

 GünAz TV: Azərbaycanlı fəallar, Milli Hərəkata qarşı çətəçilərin təxribatçı fəaliyyətinə reaksiya verməkdə  davam edir.

 

Aşağıda mövzu ilə əlaqədar ayrı-ayrılıqda oxşar bəyanatlar yayan daha bir qrup fəalın adları açıqlanıb.

 

Xəbər verdiyimiz kimi, son vaxtlar Azərbaycan Milli Hərəkatı və Güney Azərbaycan Televiziyasına qarşı təxribat və böhtan xarakterli yazı, video və digər materiallar yayan çətəçilərin fəaliyəti daha geniş vüsət alıb. Bu səbəbdən çox sayda azərbaycanlı fəal bəyanat yayaraq onların bu çirkin əməlini kəskin şəkildə pisləyiblər. Çətəçilərin əksəriyyəti Azərbaycan Milli Dirəniş Təşkilatının (AMDT) üzvləridir.

 

Bəzi bəyanatlarda bildirilir ki,  “AMDT vaxtaşırı ictimai-siyasi səhnədə mövcud olmayan qruplar, o cümlədən “Təbrizli bir qrup elmi-tətbiqi öyrənci”, “Təbriz qadınlarının müdafiə fondu” və s. kimi sözdə qurumların adı ilə ən həssas zamanlar, məsələn etiraz aksiyalarında bəyanatlar yayıb və bununla da əhali arasında qarışıqlıq və fikir ayrılığı yaradıblar. Aksiya alınmadığında isə özlərini kənara çəkib, günahı başqalarının üzərinə qoyublar.”

 

Bəzi fəallar bir sıra çətəçilərin tez-tez Türkiyəyə gedib və İrana qayıtmasını nümunə göstərərək bu məsələnin onlarda şübhə doğurduğunu  iddia ediblər.

 

Fəallar tərəfindən ayrı-ayrılıqda yayılan bəyanatların əksəriyyətində çətəçilərin fars şovinizminin xidmətində olduğu, müxtəlif vasitələrlə Azərbaycan Milli Hərəkatı və onun nüfuzlu şəxslərinə qarşı təxribat xarakterli təbliğat apardıqları bildirilib, onların bu çirkin əməli kəskin şəkildə pislənilib. Fəalların bəziləri çətəçilərin arasında İsməil Cavadi, Məhəmmədrza Ləvayi, Arif Kəskin (Səfər Zeynali), Babək Çələbyani, Beytulla Bərzgər, Taymaz Urmulu və Əli Şahinin adını xüsusi vurğulayıblar.

 

“Təhlükəsizlik qüvvələr bu nəticəyə yetirib ki, içəridə Abbas Lisani, xaricdə isə Əhməd Obalını aradan götürsün. Bütün təxribatlar məhz qeyd etdiyim məsələyə yönəlib. Bunu İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan fəallara deyilən sözlərdən də anlamaq mümkündür”- deyə azərbaycanlı fəal Mehdi Əjdəri yaydığı bəyanatda qeyd edib.

 

Həmçinin Azərbaycan Milli Dirəniş Təşkilatı, təşkilat mənafeinə xidmət etməkdə və onun çətəçi üyələri şəxsi mənfeini ümumi mənafedən üstün tutmaqda günahlandırılır. Onlardan istənilir ki, dərhal ictimai rəyi nəzərə alıb və öz mövqelərində dəyişiklik etsinlər.

 

Bir sıra milli-mədəni fəallar İsməil Cavadi başda olmaqla Azərbaycan Milli Dirəniş Təşkilatının bundan öncə də Milli Hərəkata qarşı təxribat törətdiyinə şahid olduqlarını bildiriblər. Onlar həmin təşkilatı Azərbaycan Milli Hərəkatına alternativ və onunla paralel şəkildə fəaliyyət göstərdiyini, lakin başqa məqsədlərə xidmət etdiyini bəyan ediblər. Fəallar arasında hətta Dirəniş Təşkilatını, Azərbaycan Milli Hərəkatına düşmən adlandıranlar da olub.

 

Çətəçilərin çirkin fəaliyyətini bir mənalı olaraq Azərbaycan Milli Hərəkatına və onun nüfuzlu şəxslərinə qarşı təxribat adlandıran fəallar hər kəsi Azərbaycan türk millətinin ictimai rəyinə diqqət göstərməyə, bu kimi təxribatçı fəaliyyətlərə son qoymağa çağırıblar.

 

Ayrı-ayrılıqda bəyanat yayan fəalların adları bunlardan ibarətdir:

-        Vəhid Sadiqifər

-        Cəfər Rüstəmirad

-        Vəhid Bənde Əmir

-        Murtaza Qudrəti

-        Xədicə Hejəbr Qoşuni

-        Cavad Yekanlı

-        Möhsün İsməili

-        Ulduz Qasimi

-        Məhəmməd Colani

-        Vahid Bəstami

-        Kiyumərs İslami

-        Fərhad Ciddi

-        Şəhriyar Şamlı

-        Rəhim Xudadadi

-        Haşim Pənahi

-        Abbas Nikrəvan.

 

Bundan öncə mövzu ilə bağlı ayrı-ayrılıqda bəyanat yayan azərbaycanlı fəalların sayı isə bunlardan ibarət olub.

Tohid Əmir Əmini, Rəhim Qulami, Əli Xeyrcu, Aydın Zakiri, Mehdi Əjdəri, Məhəmməd Mahmudi, Davud Mahmudi, Rəsul Sələhşur, Meysəm Colani, Yusif Sələhşur, Sina İrşadi, Əli Vasiqi, İbrahim Nuri, Əsgər Əkbərzadə, Əlirza Ləşgəri, Möhsün Möhsünzadə, Yusif Kari, Məhəmmədrza Xacei, Həmid Ədib, Səid Sadiqifər, Rəhim Novruzi, Əfşar Moheb, Səid Hüseyni, Nəsim Sadiqi, Əli Əzizi, Fərşid Piçqanlu, Səid Şokri, Murtaza və Mustafa Pərvin.

 

N.S

 

 

 

 

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Güney azərbaycanlı fəal Əli Əziziyə qarşı yeni ittiham irəli sürülüb

2020-07-09

gun az article

GünazTV July.09.2020: "Azərbaycanın Mandela"sına verilən 15 illik həbs cəzası təsdiqləndi"

2020-07-09

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 530 nəfəri ötüb

2020-07-09

gun az article

“United for İran” insan hüquqları təşkilatı güney azərbaycanlıların Abbas Lisaniyə dəstək klipini yayıb+ VİDEO

2020-07-09

gun az article

Güney azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə dəstək üçün Telegram kanalı yaradılıb

2020-07-09

gun az article

Qaradağ meşələrində yanğın baş verib

2020-07-09

gun az article

M.Ə.Rəsulzadə niyə dövlətimizi “Azərbaycan” adlandırılıb?- Məqalə

2020-07-09

gun az article

Ərəb və bəluc fəallardan güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaniyə dəstək

2020-07-09

gun az article

Təbrizdə qaldırılan qız heykəlinin geyimi dəyişdirildi, yerinə qaytarıldı

2020-07-09

gun az article

Ərk cəmiyyətinin sədri: Abbas Lisani qeyd-şərtsiz sərbəst buraxılmalıdır

2020-07-09

gun az article

Ermənistanın Arazı çirkləndirməsi ilə bağlı xəbərdarlıq: "Muğanda xərçəng sunamisi yaranıb"

2020-07-09

gun az article

GünazTV July.08.2020: İranın hərbi məntəqələrində patlayışlar, Abbas Lisaniyə dəstək.

2020-07-09

gun az article

Azərbaycan İnsan Hüquqları Cəmiyyəti Abbas Lisani ilə bağlı BMT-nin insan haqları nümayəndəsinə müraciət edib

2020-07-08

gun az article

GünazTV July.08.2020: Kürd silahlı qrupları İslam Respublikasının siyasətlərinə xidmət edir

2020-07-08

gun az article

Sulduzda milli fəal Abbas Lisaniyə dəstək məqsədilə posterlər paylanılıb

2020-07-08

gun az article

Ərdəbil əhalisinin 20%-i koronavirusa yoluxub

2020-07-08

gun az article

İnsan haqları təşkilatı Abbas Lisaninin azadlığı üçün imzatoplama kampaniyası keçirir

2020-07-08

gun az article

Təbrizin çıxışındakı lövhədən “Türkiyə” sözü silinib

2020-07-08

gun az article

Təbrizdə kiçik qız heykəlinin qaldırılması etirazlara səbəb olub

2020-07-08

gun az article

GünazTV July.07.2020-Özümüz: Qacarlar: Məhəmməd Şah Dönəmi

2020-07-08