Derbidə qalib gələn Təbriz voleybol komandasının baş məşqçisi urmiyəlilərə səsləndi: “Siz ən yaxşısına layiqsiniz...”

2017-11-23 12:26

GünAz TV: Noyabrın 22-də Urmiyənin “Şəhrdari” voleybol komandası Təbrizin “Şəhrdari” takımını öz şəhərində qəbul edib.

 

İran üzrə voleybol klublarının super liqa yarışlarının 8-ci həftəsində keçirilən Azərbaycan dərbisi Urmiyənin 6 min nəfərlik Qədir stadionunda baş tutub.

 

Birinci iki setdə öz rəqibini geridə qoyan Urmiyənin məşhur “Şəhrdari” komandası növbəti 3 setdə bunu bacara bilməyib, bununla da oyun 2:3 hesabı ilə qardaş Təbriz komandasının xeyirinə yekunlaşıb.

 

Oyundan sonra “Təsnim” xəbər agentliyinə danışan Təbriz “Şəhrdari” komandasının baş məşqçisi Adil Bonakar Urmiyə takımını güclü komanda adlandıraraq yerli voleybol tamaşaçılarına təriflər yağdırıb.

 

“Urmiyənin “Şəhrdari” komandasının çox yaxşı tərəfdarları var. Lakin onlar bu il nədənsə bir o qədər aktiv deyil. Tamaşaçıların dəstəyi hər zaman oyunun nəticəsinə təsir edib və edir. Urmiyəli voleybol tərəfdarları olduqca mədəni insanlardır. Biz oyun boyu onlardan özümüzə qarşı heç bir təhqiramiz ifadə eşitmədik. Bu məsələ hər zaman Urmiyəni digər şəhərlərdən fərqləndirib”- deyə o bildirib.

 

Baş məşqçi həmçinin Urmiyə komandasının tərəfdarlarını öz şəhərlərinin voleybolunu daha yüksək qiymətləndirməyə  çağırıb. “Siz öz voleybol komandanızla fəxr edin, onunla barışın. Sizlər hər şeyin ən yaxşısına layiqsiniz”- deyə A.Bonakar təkidlə qeyd edib.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.23.2020: İranın Korona siyasətinin faciəsi davam edir, Avrupa, Amerika'nın İran'a son təhrimini sındıra bilər?

2020-09-24

gun az article

GünazTV Sep.23.2020: İranda dil tədrisinin vəziyyəti: Fars dili vacib, Çin dili müstəhəb, Türk dili isə haramdır

2020-09-23

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-23

gun az article

Zəncanda 65 min nəfər şəhərətrafı məhəllələrdə yaşayır

2020-09-23

gun az article

Güney azərbaycanlı milli fəal Cəfər Rüstəmirad azadlığa buraxılıb

2020-09-23

gun az article

Şəbistərdə ağır yol qəzası: 1 nəfər ölüb

2020-09-23

gun az article

Qərbi Azərbaycanın yerli olmayan valisi əyalətin təhlükəsizlik işlərini kürdlərə tapşırıb

2020-09-23

gun az article

Həbsdə olan milli fəal Əlirza Fərşi yeni korpusa köçürülüb

2020-09-23

gun az article

GünazTV Sep.22.2020-Özümüz: Məşrutəçilik Düşüncəsi

2020-09-23

gun az article

GünazTV Sep.22.2020 -GÜNDƏM MASASI: İranda rejimin media üzərindən yürütdüyü siyasət

2020-09-23

gun az article

GünazTV Sep.22.2020 : “Dalana dirənən İran! Vaşinqton rəsmi Tehrana qarşı təzyiq siyasətini sonadək qoruyacağını açıqladı”

2020-09-22

gun az article

Şərqi Azərbaycanda hər gün 7 nəfər koronavirusdan ölür

2020-09-22

gun az article

Qızılözən çayı ətrafında yaşayan nadir heyvanın nəsli kəsilməkdədir

2020-09-22

gun az article

Güney Azərbaycanda növbəti ətraf mühit faciəsi: Zəncanda minlərlə balıq tələf olub

2020-09-22

gun az article

Təbrizdə baş verən yol qəzasında 2 nəfər ölüb

2020-09-22

gun az article

Şərqi Azərbaycan əyalətində davada xəsarət alanların sayı artıb

2020-09-22

gun az article

GünazTV Sep.21.2020: PARLAQ GƏLƏCƏK: Tetik Mexanizmi'nin Tə'sirləri

2020-09-22

gun az article

Təbriz Universitetində türk dili və ədəbiyyatı üzrə təhsil alan ilk tələbələr məzun olub + GÖRÜNTÜ

2020-09-21

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-21

gun az article

İran rəsmisi Muğanda neft yataqlarının axtarışına başlanacağını açıqlayıb

2020-09-21