“Dövlətin bu işdə Həmədanın Əzəndəriyan kəndinin əhalisinə heç bir xeyri dəyməyib” – Millət vəkili

“Dövlətin bu işdə Həmədanın Əzəndəriyan kəndinin əhalisinə heç bir xeyri dəyməyib” – Millət vəkili

GünAz TV: Həmədanin Məlayir şəhərinin İran parlamentindəki millət vəkili təmsil etdiyi məntəqə, xüsusi ilə də kəndlərdə məşğulluq sahəsində mövcud olan problemlərdən danışıb.

 

Əhəd Azadixah bu barədə Həmədan Əyalətinin inkişaf və planlaşdırma şurasının keçirdiyi tədbirdə çıxış edib.

 

“Yeni iş yerlərinin yaradılması prosesində bölgənin potensial imkanlarına diqqət yetirmək lazımdır. Həmədanın yerli orqanları bu imkanlardan istifadə etməyə çalışır. Mən dəfələrlə bu barədə keçmiş əmək naziri ilə danışdım. Ona Məlayer şəhərinin potensial imkanları, xüsusi ilə də mebel və ağacişləmə sənəti ilə bağlı geniş məlumat verdim.

Məlayirdə mebel və ağacişləmə sənəti ilə ən azı 10 min insan məşğul olur. Əmək Nazirliyindən bu sahəyə dəstək verməsini dəfələrlə tələb etdim.”- deyə o bildirib.

 

Əhəd Azadixah

 

Əhəd Azadixah Məlayer şəhərində önəmli iş sahələrindən biri kimi dərzilik sənətinə də işarə edib. Onun sözlərinə görə, Məlayirdə dərzilik sahəsində 20 min insan çalışır, onlar istehsal etdikləri məhsulların əksəriyyətini Tehranda satışa çıxarır.

 

Millət vəkili sözlərinin sonunda Əzəndəriyan kəndindən köçən əhalinin hamısının yenidən kəndə qayıtdığını, bir daha dərzilik sahəsində işə başladıqlarını da diqqətə çatdırıb.

 

“Bu prosesdə dövlətin rolu sıfıra bərabərdir. Kənd əhalisinin siğortası yoxdur, dövlət tərəfindən onlara nə kredit verilib nədə işləri ilə bağlı təlim keçilib. Ona görə də dövlətin bu kəndin əhalisinə zərrə qədər də olsun xeyri dəyməyib.”- deyə millət vəkili vurğulayıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN