Duz fırtınaları Urmu gölü ətrafındakı bağları belə məhv edir – GÖRÜNTÜ

Duz fırtınaları Urmu gölü ətrafındakı bağları belə məhv edir – GÖRÜNTÜ

GünAz TV: Urmu gölü böhranı dərinləşdikcə, gölün ətrafındakı canlıların həyatı təhlükə ilə üzləşir.

 

İran mətbuatında yayılan məlumata görə, gölün quruması nəticəsində əmələ gələn duz fırtınaları ətraf ərazilərdəki meyvə bağlarını məhv edərək sıradan çıxarmaqdadır. Əkin sahələri və otlaqlarda da eyni vəziyyətdir. Hətta ətraf kənd və qəsəbələrdə hevanlar üçün otlaq tapmaq ciddi bir problemə çevrilib.

 

Təbii ki, ətraf mühitə dəyən ziyan insan həyatına da təsirsiz ötüşmür, bölgədə astma, qan təzyiqi, göz və xərçəng xəstəliyi kimi halların artdığını rəsmi şəxslər belə etiraf edir.

 

“Fars” xəbər agentliyinin yaydığı şəkillər bölgədəki bağ və əkin yerlərinin hansı olduğunu göstərir.

 

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani təxminən 4 il yarım öncə seçkiqabağı təbliğat-təşviqat dönəmində Urmu gölünün canlandırılması və Türk Dili və Ədəbiyyatı Mədəniyyət Evinin yaradılacağına dair vəd vermişdir. Artıq ikinci dəfə prezident seçilərək rəsmən fəaliyyətə başlayan H.Ruhaninin verdiyi vədlərin heç biri yerinə yetirilməyib, Urmu gölündə vəziyyət getdikcə pisləşir.

 

 

 

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN