Əbhər məntəqəsinə dolu düşdü: Meyvə bağlarına ciddi ziyan dəyib

Əbhər məntəqəsinə dolu düşdü: Meyvə bağlarına ciddi ziyan dəyib

GünAz TV: Mayın 4-də Zəncan Vilayətində yerləşən Əbhərin bir neçə kəndinə güclü dolu yağıb, yağıntılar nəticəsində bölgəyə maddi ziyan dəyib.

 

Bu barədə Zəncan Vilayəti Böhran Müdiriyyəti Mərkəzinin rəisi Səfiulla Kəraməti bölgəyə baş çəkdikdən sonra Mərkəzin keçirdiyi iclasda danışıb.

 

“Zəncan Vilayətinin bir neçə məntəqəsi, xüsusi ilə də Xudabəndə və Əbhər bölgəsinə güclü yağış və dolu yağıb. Yağıntılar nəticəsində kəndlərdə şəxsi təsərrüfatlar, meyvə  bağlar və  əkin sahələrinə xeyli ziyan dəyib. Xudabəndə və Əbhər şəhərləri də daxil olmaqla bir neçə kəndin mərkəzi küçələrini su basıb, bəzi yerlərdə nəqliyyatın hərəkəti məhdudlaşıb”- deyə o bildirib.

 

S.Kəraməti yağıntıların Əbhər kəndlərinə daha çox ziyan vurduğunu qeyd edib. “Bölgəyə yağan güclü dolu 14 kənddə daha ağır fəsadlara səbəb olub, bu kəndlərin meyvə bağları ciddi ziyan görüb. Yağıntılar Əbhərin şərq məntəqəsində yerləşən bir sıra bağlara da ziyan vurub”- deyə o vurğulayıb.

 

Onun sözlərinə görə, cümə və şənbə günlərində də Zəncan vilayətinin bəzi məntəqələrində güclü yağıntılar gözlənilir.

 

“Hazırda yağıntıların vurduğu fəsadların aradan qaldırılması üçün bir çox işlər görülür, bölgəyə dəyən ziyanın miqdarı da hesablanacaq”-deyə Zəncan Vilayəti Böhran Müdiriyyəti Mərkəzinin rəisi əlavə edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN