Əbhər otlaqlarında şiddətli yanğın başlayıb

Əbhər otlaqlarında şiddətli yanğın başlayıb

GünAz TV: Güney Azərbaycanda Əbhər məntəqəsinin Mərşun kəndindəki otlaqlaqlarda yanğın baş verib.

 

Bu barədə Əbhər Şəhəri Böhranları İdarə etmə Mərkəzinin rəisi Səid Xələci sentyabrın 21-də “İrna” xəbər agentliyinə danışıb.

 

“Mərşun kəndi otlaqlarında çərşənbə günü axşam saatlarından yanğın başlayıb. Yanğın çətin və keçilməz ərazidə baş verdiyi üçün yanğınsöndürən maşınlar hadisə yerinə gedə bilmir”- deyə o bildirib.

 

Əbhər və Xürrəmdərə şəhərlərinin əhalisi yanğından mühafizə əməliyyatını təbii imkanlar vasitəsi ilə həyata keçirir.

 

“Yanğın Qəzvinə tərəf yayılır. Lakin onun daha çox yayılmaması üçün əraziyə Böhranları İdarə etmə Mərkəzinin xilasetmə qrupları göndərilib. İlkin hesablamalara görə, hazırda Əbhər və Qəzvin şəhərləri arasında yerləşən Mərşun kəndi otlaqlarında 60 hektar otlaq məhv olub. Hadisənin səbəbləri araşdırılır”- deyə S.Xələci bildirib.

 

Güney Azərbaycan şəhərlərində yanğına qarşı istifadə olunan imkanlar, o cümlədən yanğınsöndürən helikopter və maşın, həmçinin xilasetmə qruplarının məhdud vəya ümumiyyətlə olmaması səbəbindən ən kiçik yanğınları belə kontrol altına almaq mümkün olmur, bunun nəticəsində bölgəyə ağır maddi ziyan dəyir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN