Əbhərdə “Kaspiyən” kredit təşkilatının önündə etiraz - GÖRÜNTÜ

Əbhərdə “Kaspiyən” kredit təşkilatının önündə etiraz - GÖRÜNTÜ

GünAz TV: Zəncan Vilayətinin Əbhər şəhərində “Kaspiyən” Kredit Təşkilatı Şöbəsinin önündə etiraz mitinqi keçirilib.

 

Kredit təşkilatından pullarını ala bilməyən əmanətçilər hökuməti onların probleminə laqeyd yanaşmaqda ittiham edirlər.

 

Əbhərli əmanətçilər heç bir şəkildə pullarını geri ala bilmədikləri üçün etiraz mitinqi keçirməkdən başqa çıxış yolu olmadığını görüblər.

 

“Kredik təşkilatının məqsədi əhalidən pul toplamaq olub. Bu şöbənin 1165 əmanətçisi var. Şöbə 3 il öncə icazəsiz şəkildə fəaliyyətə başlayıb. Yaranan problemlə bağlı heç bir dövlət orqanı bizə yardımçı olmur. Bəzi məsullar isə deyir ki, “biz sizə deməmişdik ki, oraya pul yatırasınız”. Məncə bu əhaliyə qarşı ağır təhqirdir”- deyə əmanətçilərdən biri bildirib.

 

Son aylarda ölkənin müxtəlif şəhərlərində “Kaspiyən” Kredit Təşkilatının müxtəlif şöbələrinin önündə etiraz mitinqləri keçirilir. Bank olmayan kredit təşkilatının Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyət göstərdiyi bildirilsə də, hökumət əmanətçilərin şikayətinə laqeyd yanaşır.

 

 

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN