Əhalinin vəsaiti hesabına təmir olunan körpü Su İdarəsi tərəfindən dağıdılıb - Ərdəbilin Micəndi kəndində / GÖRÜNTÜ

2017-10-06 12:56

GünAz TV: Ərdəbilin Micəndi kəndində zəhmətkeş əhalinin şəxsi vəsaiti hesabına təmir olunan körpü Ərdəbil Əyaləti Su İdarəsinin göstərişi ilə təhlükəsizlik qüvvələri tərəfindən dağıdılıb.

 

GünAz TV mətbuat mərkəzinə daxil olan məlumata görə, ötən yay fəslinin əvvəllərində baş verən hadisə bu gün kənd əhalisini bir çox problemlə üz-üzə qoyub.

 

Qarasu çayının 1 kilometrliyində yerləşən kəndin əhalisi soyuq fəsldə suların artdığı bir vaxtda körpünün olmamasından əziyyət çəkir, onlar ətrafdakı qonşu kəndlər və əkin yerlərinə baş çəkə bilmirlər. Hətta məcburiyyət qarşısında çayı keçmək istəyən kənd əhalisi davamlı olaraq təhlükə ilə üzləşir.

 

 

Məlumata görə, əhali öz zəhməti ilə təmir etdiyi 200 illik tarixi körpünün dağıdılmasına qarşı çıxaraq dəfələrlə təhlükəsizlik qüvvələrinə müqavimət göstərib, hətta onlardan bir neçəsi məmurlar tərəfindən döyülüb. Lakin təhlükəsizlik qüvvələri gecə saatlarında kənd əhalisinin xəbəri olmadam körpünü dağıdıblar.

 

 

Heç bir dəlil göstərmədən körpünün dağıdılmasına göstəriş verən Ərdəbil Əyalətinin Su İdarəsi, büdcə vəsaitinin olmadığını bildirərək məhv edilən körpünün yerində yeni körpü tikməkdən imtina edir.

 

Bir çox problemlə üz-üzə qalan kənd əhalisi tarixi körpünün dağıdılmasına kəskin etiraz edir, onlar yeni körpünün tikilməsi üçün müxtəlif orqanlara müraciət edirlər. Hələlik kənd əhalisinin bu istiqamətdəki səyləri heç bir nəticə verməyib.

 

 

 

 

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Urmiyada avtobus sürücüləri etiraz aksiyası keçirib

2020-08-03

gun az article

Cığatı çayında balıqlar kütləvi şəkildə tələf olub – VİDEO

2020-08-03

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-03

gun az article

Təbrizdə baş verən zəncirvarı yol qəzasında 2 nəfər ölüb

2020-08-03

gun az article

Güney Azərbaycanda daha 1 tibb işçisi koronavirusdan ölüb

2020-08-03

gun az article

Azərbaycana dəstək aksiyası zamanı tutulan Həkimə Əhmədi “Sepah”ın Kəşfiyyat İdarəsində saxlanılır

2020-08-03

gun az article

Azərbaycana dəstək aksiyası zamanı saxlanılan Məqsud Fəzli Çimənzəmin sərbəst buraxılıb

2020-08-02

gun az article

Güney azərbaycanlı fəal Davud Şiri həbs cəzasına məhkum edilib

2020-08-02

gun az article

Qızıl şəhəri Tikantəpənin əhalisi yoxsulluq içində yaşayır

2020-08-02

gun az article

Ərdəbildə daha 44 nəfərdə koronavirus infeksiyası aşkarlanıb

2020-08-02

gun az article

“Ölüm şosesi” güney azərbaycanlı milli fəalın canını aldı

2020-08-02

gun az article

Urmiya gölündə su səviyyəsinin düşməsi davam edir

2020-08-02

gun az article

Güney azərbaycanlı milli fəal Əkbər Mühaciri həbs cəzasına məhkum edilib

2020-08-02

gun az article

GünazTV Aug.01.2020: “Güney Azərbaycana ədalət!-Azərbaycanlılar Vaşinqtonda Iran rejiminin siyasi həbslərinə etiraz etdilər”

2020-08-01

gun az article

Həmədan əyalətində koronavirusdan ölənlərin sayı 369 nəfərə çatıb

2020-08-01

gun az article

Məhbus azərbaycanlı fəal Tohid Əmir Əmini ikinci dəfə olaraq ad gününü həbsxanada qeyd edib

2020-08-01

gun az article

İranın təhlükəsizlik qüvvələri söküb aparıqları mərhum azərbaycanlı fəalın məzar daşını əvvəlki yerinə qaytarıblar

2020-08-01

gun az article

Təbrizdə “Sepah” kazarmasında baş verən partlayışla bağlı ziddiyyətli xəbərlər yayılır

2020-08-01

gun az article

Qərbi Azərbaycanda əmtəə qaçaqmalçıları ilə baş verən silahlı qarşıdurmada 2 İran sərhədçisi həlak olub

2020-08-01

gun az article

GünazTV Juluy.31.2020: Azadlıq səsi: Azərbaycançılıq və milli birlik düşüncəsi

2020-08-01