Əhərin millət vəkili: Əhali zəlzələ ilə bağlı aldığı krediti ödəyə bilmir

Əhərin millət vəkili: Əhali zəlzələ ilə bağlı aldığı krediti ödəyə bilmir

GünAz TV: Əhər və Herisin İran parlamentindəki millət vəkili Beytulla Abdullahi avqustun 25-i Əhərdə cümə namazı xütbələrindən öncəki çıxışında təmsil etdiyi bölgənin bir çox problemlərindən danışıb.

 

İyunun 7-dən rəsmən deputat fəaliyyətinə başladığını deyən B.Abdullahi bu müddətdə Bələdiyyə İdarələrinə maliyyə yardımı məqsədi ilə bir çox səlahiyyətli orqanlarla danışıq apardığını bildirib.

 

O həmçinin bəyan edib ki, ən önəmli məsələlərdən biri Əhər-Təbriz yolu projesinin tamamlanmasıdır. Bu proje tamamlanarsa, həm bölgənin iqtisadi durumunda dəyişiklik olar, həm də inşallah yol qəzaları azalar və indiki qədər uşaqların yetim qalmasına şahid olmarıq.

 

Millət vəkili ölüm caddəsi kimi tanınan Əhər-Təbriz yolu ilə bağlı əlavə edib ki, “Məsulların dediyinə görə bu il yenilənmiş Əhər-Təbriz yolunun 35 kilometri istifadəyə veriləcək. Biz də verilən vədin gərçəkləşməsinə ümid edirik. Mən parlamentdə etimad səsi verilən zaman ölkə prezidentinə sözügedən projenin tamamlanmadığını xatırlatmışam.”

 

O sözlərinin davamında bölgənin su probleminə də toxunub. “Əhalinin əsas problemlərindən biri su məsələsidir, hamı su qıtlığından əziyyət çəkir. Təsəvvür edin ki, əgər Səttarxan bəndi olmasaydı Əhər hansı vəziyyətdə olardı! Çox təəssüflər olsun ki, bəzi kəndlərdə içməli su problemi olduqca ciddidir, onların bir çoxuna tankerlərlə su çatdırılır.”

 

“Digər önəmli məsələlərdən biri də zəlzələ ilə bağlı verilən kreditlər məsələsidir. Əhər və Heris şəhərlərinin əhalisi bu kreditləri ödəmək iqtidarında deyil. Mən prezidentlə parlamentdə ikinci dəfə görüşündə bu problemi ona izah etdim”- deyə B.Abdullahi sözlərinin sonunda vurğulayıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN