Əhməd Obalı: Güney Azərbaycanının demək olar hər yerində etirazlar olub – Müsahibə

2019-12-01 08:24

GünAz TV: Yerli müşahidəçilər və insan haqları müdafiəçiləri İranda yanacaq qiymətlərinin artırılmasının ardınca başlamış etiraz nümayişlərində Güney Azərbaycan sakinləri arasında ölənlərlə bağlı məlumat verib. Beynəlxalq hüquq müdafiə təşkilatları son etirazlar zamanı 140-dan çox insanın həyatını itirdiyini bildirir. Çikaqoda GünAz televiziyasının təsisçisi Əhməd Obalı “Amerikanın Səsi”nə müsahibəsində İranda son etirazlar zamanı ölüm halları ilə bağlı son məlumatlar, nümayişlərdə azərbaycanlıların iştirakı, hökumətin etirazlara reaksiyası və Güney Azərbaycanda iqtisadi durum haqda danışıb.

 

Əhməd Obalı noyabrın 15-də benzinin artılmasına etiraz olaraq İranın bir çox şəhərlərində keçirilən nümayişlər zamanı Azərbaycan şəhərlərində etirazlara qoşulanlar arasında ölənlərlə bağlı onların ailələrindən məlumat verildiyini bildirib. “İndi internet açılıb, getdikcə bilgilər gəlir. Bu məlumalatların bir hissəsi yas mərasimlərindir. Məsələn, ölənlərin adları şəkilləri ilə birlikdə məsciddə elan olunub, onlara mərasim tutulub. Bir qismi ordan məlum olur. Ailələrin tərəfindən məlumatlar gəlir.”

 

Beynəlxalq Amnesty International təşkilatı İranda etiraz nümayişlərində 143 nəfərin öldüyünü bildirib. Əhməd Obalı ölənlərin sayının bundan daha çox olduğunu deyib. “İndi ki internet açılıb, getdikcə bunlar bəlli olacaq və əminəm ki, yüzləri keçibdir”, o bildirib.

 

Əhməd Obalı Təbriz və Urmiyə şəhərlərində etiraz nümayişlərinin daha geniş vüsət aldığını, ölənlər və yaralananların olduğunu deyib.“Təbrizdə daha çox ağır olub, Urmiyədə olub, Mərənddə və Zəncanda olub. Zəncanda da şəhid vardır, Urmiyədə şəhid yoxdur hələ bildiyimiz qədər. Amma Tehranın türklərin oturduğu məhəllələrinin demək olar hamısında nümayişlər olub...Yəni bu nümayişlər İranın hər yerində olduğu kimi, demək olar ki, Azərbaycanın da hər yerində olub.”

 

Hökumətin yanacaq qiymətlərini artırmasının ardınca başlayan nümayişlər zamanı insanlar hazırkı iqtisadi durumla bağlı etirazlarını bildiriblər. Birləşmiş Ştatların Tehrana qarşı nüvə proqramı ilə əlaqədar olaraq tətbiq etdiyi sanksiyalar İran iqtisadiyyatının daha da zəifləməsinə gətirib çıxarıb. Əhməd Obalı Güney Azərbaycanın bölgəsində iqtisadi durumun xüsusilə ağır olduğunu qeyd edib. “Əgər İranda iqtisadi durum pisdirsə, Güneydə, yəni, Azərbaycan məntəqələrində daha da pisdir. Yəni fars məntəqəsində pisdirsə, bizim tərəflərdə ondan da pisdir. Onun üçün İrana qarşı tətbiq edilən bu sanksiyaların əlbəttə ki, çox ağır təsiri var elə bu benzinin bahalanması ilə bağlı. Elə İranın öz iqtisadçılarının dediyinə görə, 14 faizə yaxın inflyasya artıb. Azərbaycanlıların durumu farslardan geri olduğuna görə, fəlakət daha dərindir.”

 

İran hakimiyyəti etiraz nümayişlərində xarici qüvvələri, xüsusilə də Amerika Birləşmiş Ştatlarını günahlandırıb. Lakin insanlar son etiraz nümayişlərində İran hökuməti əleyhinə şüarlar səsləndirib və hazırkı iqtisadi duruma görə ölkə rəsmilərinin məsuliyyət daşıdığını bildirib. Əhməd Obalının sözlərinə görə, insanlar hazırkı durum, repressiyalara etiraz ediblər. “Bunların əksəriyyəti məişətlə bağlı, azadlıqla bağlı, bu repressiyalarla bağlı etiraz ediblər. Odur ki, İran dövləti əlbəttə ki, deməyəcək `mənim millətim mənim əleyhimə qalxıbdır`. Əlbəttə ki, deməlidir ki, bunu ayrı dövlətlər qızışdırıb və ayrı dövlətlərin agentləridir. Şah zamanında da belə idi, indi də belədir. Diktator ölkələrin hamısında belədir. Deyirlər ki, `xaricilər bizim milətimizi qızışdırırlar.”

 

Əhməd Obalının bildirdiyinə görə, İranda etirazların son illərdə daha qısa fasilələrlə baş qaldırması insanların hökumətdən dərin narazılığının ifadəsidir. “Getdikcə son 15 ildə görürük ki, etirazlar arasında fasilələr azalıb, etirazlar daha da mürəkkəbləşir, radikallaşır. Hər iki tərəfdən, həm dövlət tərəfindən, həm millət tərəfindən. Onun üçün də dəyişiklikdən, inqilabdan başqa bir yol qalmayıb. Həm də İran dövləti sabit eləyib ki, hər hansı bir islahata, yeniliyə bir imkanı yoxdur, imkan vermək istəmir, verə bilmir. Onun üçün də dəyişiklikdən başqa, dövlət dəyişikliyindən başqa bir yol qalmır. Millət acından ölə bilməz, məcburdur etiraz edə, dövlət də hamını qıra bilməz. Onun üçün dövlətin getməsi artıq görünür.”

 

Müsahibənin videosunu izləmək üçün qaynağımız olan aşağıdakı LİNK-i izləyə bilərsiniz:

https://www.amerikaninsesi.org/a/%C9%99hm%C9%99d-obal%C4%B1-i%CC%87ran-az%C9%99rbaycan%C4%B1n%C4%B1n-dem%C9%99k-olar-h%C9%99r-yerind%C9%99-etirazlar-olub/5186916.html

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Həbsdə olan milli fəal Abbas Lisaninin qardaşı dünyasını dəyişib

2020-08-12

gun az article

GünazTV Ayg.11.2020-Özümüz: Naserəddin Şahın Avrupa Səfərləri

2020-08-12

gun az article

GünazTV Aug.11.2020 -GÜNDƏM MASASI: Qanunun adı altında İran hakimiyyətinin iradəsini həyata keçirən özbaşınalıq

2020-08-12

gun az article

Azərbaycanlı fəal Əkbər Sadiqi müvəqqəti olaraq azadlığa buraxılıb

2020-08-11

gun az article

Ərdəbildə koronavirusa yoluxan daha 53 nəfər xəstəxanalara yerləşdirilib

2020-08-11

gun az article

13 ildən sonra Urmiya gölündə damba yolunun dəyişdirilməsinə vəd verilib

2020-08-11

gun az article

GünazTV Aug.10.2020: PARLAQ GƏLƏCƏK: İran rejiminin orta doğu'daki siyasəti çökür, İran rejiminin orta doğu'daki siyasəti çökür

2020-08-10

gun az article

Vali müavini: Tikantəpə qızıl mədəni gəlirlərinin bölgəyə aid hissəsini ödənilmir

2020-08-10

gun az article

Yol qəzasında dünyasını dəyişən milli fəal Bəhmən Xaliqinin qardaşı həbs edilib

2020-08-10

gun az article

Anti-Azərbaycan qüvvələrin təzyiqi nəticəsində Təbrizdə Təkəmçilər heykəli qaldırılıb

2020-08-10

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 794 nəfərə çatıb

2020-08-10

gun az article

Güney azərbaycanlı milli fəal Bəhmən Xaliqi yol qəzasında dünyasını dəyişib

2020-08-10

gun az article

Həbsdə olan azərbaycanlı fəal Behnam Şeyxidə koronavirus simptomları görünüb

2020-08-10

gun az article

Güney azərbaycanlı milli fəal təhdid edilib

2020-08-10

gun az article

Güney Azərbaycanın Mərənd vilayətində ətraf mühit faciəsi baş verib

2020-08-09

gun az article

Güney azərbaycanlı milli fəal Mehdi Əmirinəjad sərbəst buraxılıb

2020-08-09

gun az article

Güney azərbaycanlı milli fəal Əkbər Sadiqi saxlanılıb

2020-08-09

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 784 nəfərə çatıb

2020-08-09

gun az article

Güney Azərbaycanda daha 1 həkim koronavirusdan ölüb

2020-08-09

gun az article

Ana dili uğrunda həbs edilən fəalların azadlığını tələb edən  10 mindən çox tvit paylaşılıb

2020-08-09