Əli Əzizi Dirəniş Təşkilatının bəzi üyələrinin təxribatı barədə bəyanat yayıb

Əli Əzizi Dirəniş Təşkilatının bəzi üyələrinin təxribatı barədə bəyanat yayıb

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Əli Əzizi “Çətəçilər”in Azərbaycan Milli Hərəkatına qarşı son təxribatı barədə bəyanat yayıb.

 

“Bir müddətdir Dirəniş adı ilə tanınan bir təşkilat Azərbaycan Milli Hərəkatına paralel cərəyan yaratmaqla ona mane olmağa çalışır. Son aylarda bu cərəyanın arxadakı gizli qüvvələrlə sövdələşməsi artıq məlum məsələyə çevrilib. Bu barədə bəzi materiallar ifşa olub, bəziləri isə gələcəkdə ifşa olunacaq.

Bu çətə İsmail Cavadi, Xocalı və s. kimi məlum insanlardan ictimai samalar yaradaraq tanınmış fəalları rəsmən təxrib etməyə start verib.

Sözügedən çətənin hədəfə aldığı şəxslərdən biri cənab Abbas Lisanidir. Bu barədə son günlərdə sözügedən  çətənin qeyri-peşəkar filminə şahid olduq.

Mən Urmiyə şəhərindən olan bir azərbaycanlı milli-mədəni fəal kimi belə hərəkətləri kəskin pisləyirəm”- deyə bəyanatda bildirilir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN