“Ərdəbil əyalətində istehsal olunan kartof anbarlarda çürüyüb”

“Ərdəbil əyalətində istehsal olunan kartof anbarlarda çürüyüb”

GünAz TV: Ərdəbil Sənaye, Kənd Təsərrüfatı və Ticarət Palatasının rəisi əyalətdə istefsal olunan kənd təsərrüfatı məhsullarının satış problemindən danışıb.

 

Hüseyn Pirmüəzzin bu barədə hökumət və özəl sektorun nümayəndələrinin birgə keçirdiyi iclasda çıxış edib.

 

“Əyalətdə istehsal olunan kartof məhsulu valyuta məsələləri və ixracat sahəsində olan problemlərlə əlaqədar  əkinçilər və ticarətçilərin əlində qalıb. Məhsulların ixaracatı ilə bağlı sabit qanunlar yoxdur. Ona görə də əkinçilər və bu işlə məşğul olan ticarətçilər ziyana düşür.”- deyə o bildirib.

 

Ticarət Palatasının rəisi xüsusi olaraq diqqətə çatdırıb ki, əkinçilər istehsal etdiyi məhsulu vaxtı-vaxtında xaric ölkələrə ixrac edə bilmədiyi üçün çox miqdarda kartof məhsulu Ərdəbil anbarlarında çürüyərək sıradan çıxıb.

“Azərbaycan Respublikasının bu məhsula ehtiyacı var. Lakin ticarətçilər xaric ölkələrə məhsul sata bilmir. Hesab eliyirəm ki, hökumət ixracatla bağlı problemi aradan qaldırmaq üçün dərhal hərəkətə keçməlidir.”- deyə Hüseyn Pirmüəzzin əlavə edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN