“Ərdəbil Əyalətində yarımçıq qalan 1246 proje özəl sektora buraxıla bilər” – İdarəetmə və Planlaşdırma Təşkilatının rəisi

“Ərdəbil Əyalətində yarımçıq qalan 1246 proje özəl sektora buraxıla bilər” – İdarəetmə və Planlaşdırma Təşkilatının rəisi

GünAz TV: Ərdəbil Əyaləti İdarəetmə və Planlaşdırma Təşkilatının rəisi təmsil etdiyi əyalətdə 1300-ə yaxın projenin yarımçıq qaldığını, layihələrdə orta hesabla işlərin 55 faizinin görüldüyünü bildirib.

 

Bu barədə Davud Şayeqi “Təsnim” xəbər agentliyinə danışıb.

 

“Əyalətdə 1246 yarımçıq proje var. Layihələrdə işlərin bərpa edilməsi üçün onların özəl sektora buraxılması gündəmdədir. Əks halda dövlət bu projelərə külli miqdarda vəsait ayırmalıdır. Bugünkü gedişatla tələb olunan vəsaitin təmin olunması uzun illər sürə bilər. Ona görə də projelərin özəl sektora buraxılması məqsədə uyğundur.”- deyə o bildirib.

 

Ərdəbil Əyaləti İdarəetmə və Planlaşdırma Təşkilatının rəisi dövlətin yarımçıq qalan projeləri özəl sektora buraxmaqda qərarlı olduğunu təkidlə vurğulayıb. O bildirib ki, son illərdə abadlaşdırma işlərinə ayrılan vəsaitin məbləği azaldığı üçün inşaat layihələrinin çoxu qeyri-müəyyən vəziyyətdə buraxılıb. Dövlət bu vəziyyəti nəzərə alaraq projeləri özəl sektora buraxmaqda maraqlıdır.

 

Davud Şayeqi sözlərinin sonunda hazırda ölkədə iqtisadi tənəzzüllə bağlı bazarda durğunluq yaşandığını və müxtəlif işlərə sərmayə yatırmağın riskli olduğunu da bildirib.

 

Güney Azərbaycanda istifadəyə verilməsi gözlənilən minlərlə  proje var, onların bəzilərinin təməli 20 il əvvəl qoyulub. Yerli məsullar projelərin yarımçıq buraxılmasını dəfələrlə büdcə vəsaitinin olmaması ilə əlaqələndiriblər. Bəzi məsullar isə bu barədə dövlətdən heç nə gözləməyin deyərək məyusedici açıqlamalar veriblər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN