Ərdəbil prokuroru Atenanın qatili haqda çıxarılan hökmün icrasından danışdı

Ərdəbil prokuroru Atenanın qatili haqda çıxarılan hökmün icrasından danışdı

GünAz TV: Ərdəbilin Parsabad şəhərində öldürülən 7 yaşlı Atena Aslaninin qatili barəsində çıxarılan məhkəmə hökmü Ədliyyə Nazirliyinin Ərdəbil Şöbəsinə qaytarılıb.

 

Bu barədə  Ərdəbil Prokuroru Nasir Ətəbati jurnalistlərə açıqlamasında məlumat verib.

 

“Atenanın qatili barəsində çıxarılan hökm Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra Ərdəbilin Ədliyyə Şöbəsinə qaytarılıb. Hazırda hökmün icrası ilə bağlı məsləhətləşmələr aparılır”- deyə o bildirib.

 

N.Ətəbati əlavə edib ki, yaxın günlərdə hökmün icrası ilə bağlı mətbuata məlumat veriləcək.

 

Azyaşlını acınacaqlı şəkildə qətlə yetirən cinayətkarın məhkəmə iclası avqustun 26-da qapalı şəkildə keçirilib. Məhkəmə müttəhimi zorlama ittihamı ilə edam, qətl ittihamı ilə qisas, oğurluq ittihamı ilə həbs, şallaq və oğurladığı malı geri qaytarmaq cəzasına məhkum edib.

 

Ali Məhkəmənin Nəzarət və Təftiş işləri üzrə rəis müavini Qulamrza Ənsari ötən həftə jurnalistlərə açıqlamasında  Ali Məhkəmənin Ərdəbil Əyaləti Cəza Məhkəməsinin 1-ci Şöbəsi tərəfindən çıxarılan hökmü qüvvədə saxladığını bəyan etmişdir.

 

Xatırladaq ki, İyunun 18-də Parsabad-i Muğanda Atena Aslani adlı 7 yaşlı qız uşağı itkin düşüb, onun cəsədi iyulun 10-da polis tərəfindən saxlanılan İsmayıl adlı şübhəli şəxsin avtomobilini park etdiyi yerdə bir plastik boçkanın içində tapılıb. 42 yaşlı qatil polisə günahını etiraf edib. Meyitin üzərində zorlanma əlamətləri aşkar edilib, azyaşlının qızıllları qatil tərəfindən oğurlanıb. Məsum azyaşlı qız iyulun 12-də Parsabadda böyük izdihamla dəfn olunub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN