Ərdəbil vilayətində boşanma halları artıb

Ərdəbil vilayətində boşanma halları artıb

GünAz TV: İranda işsizlik, yoxsulluq və narkomaniyanın (mötadlıq) artması cəmiyyətdə bir çox problemlərə yol açıb. Min bir arzu ilə ailə quranlar, nikah bağlayanlar sonda ictimai bir bəlanın qurbanı olaraq boşanma həddinə gəlib çıxırlar. İndi belə hallar tez-tez baş verir.

 

Ərdəbil Vilayəti Ədliyyə Şöbəsinin rəisi təmsil etdiyi vilayətdə, bağlanan 5 nikahdan birinin boşanma ilə sonlandığını bildirib.

 

“İslami həyat tərzi və ictimai problemlərdən çıxış yolları” mövzusunda keçirilən iclasda Məhəmməd Əli Qasidi Ərdəbil vilayətində boşanma hallarının 10 faiz artdığını diqqətə çatdırıb.

“Ərdəbil vilayətində qarşılıqlı razılıq əsasında pozulan nikahların sayı ölkənin orta hesabından yüksəkdir. Bu baxımdan vilayətimiz cari ilin birinci 6 ayında ölkə vilayətləri arasında 7-ci yeri tutur. Qarşılıqlı razılıqla boşananların əksəriyyəti gənclərdir, onlar normalda ailə həyatlarının birinci 5 ilində belə bir problem yaşayırlar”- deyə Ədliyyə Şöbəsinin rəisi bildirib.

 

Onun sözlərinə görə, ötən il Ərdəbil vilayətində 3000-dən çox nikah qarşılıqlı razılıq əsasında pozulub. Bu rəqəm cari ilin birinci yarısında 1500 faktdan ibarətdir. Ümumi olaraq götürsək, Ərdəbildə boşanma halları 10 faiz artımla müşahidə olunur.

 

Məhəmməd Əli Qasidi ərdəbil vilayətində gənc ailələrin dağılmasının əsas səbəbini narkomaniya olduğunu bildirib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN