Ərdəbildə Azərbaycanın tarixi kimliyinə uyğun şənlik mərasimləri keçiriləcək - Bələdiyyə başqanı

Ərdəbildə Azərbaycanın tarixi kimliyinə uyğun şənlik mərasimləri keçiriləcək - Bələdiyyə başqanı

GünAz TV: “Ərdəbil Bələdiyyə İdarəsi öz tədbirlərində,  Azərbaycanın əsil kimliyini gələcək nəsillərə ötürmək və cəmiyyətdə canlılıq və həyəcan yaratmaq kimi hədəfləri nəzərə alır.”

 

Bu sözləri Ərdəbil bələdiyyə başqanı Həmid Lotfollahiyan “Novruz Süfrəsi Mərasimi”nin açılışı zamanı jurnalistlərə deyib.

 

Bələdiyyə başqanı Şorabil gölünün girişində keçirilən mərasim zamanı önəmli mesajlar verib: “Bizim məqsədimiz cəmiyyətdə canlılıq yaratmaq və şənlik mərasimləri keçirməkdir. Bununla yanaşı Azərbaycan və Ərdəbilin şanlı tarixi kimliyini daha da canlandırmaq və onu gələcək nəsillərə ötürmək, bizim əsas hədəfimizdir.”

 

Ötən günlərdə Ərdəbilin ustad Şəhriyar məhəlləsində 8 nəfərin ölümü ilə nəticələnən partlayışdan dərindən təəssüfləndiyini bildirən H.Lotfollahiyan Bələdiyyə İdarəsinin Novruz bayramı ilə bağlı müəyyən tədbirlər həyata keçirəcəyini qeyd edib. “Qədim nəsillərdən bizə çatan adət və ənənələr, bizim əsil kimliyimizin bir parçası olduğuna görə çox əhəmiyyətlidir. Xöşbəxtlikdən Azərbaycan və Ərdəbil elə bir zəngin tarixi kimliyə malikdir ki, başqa kimlikləri özündə əks etdirən ənənələrə ehtiyacımız yoxdur. Bu istiqamətdə Ərdəbil Bələdiyyə İdarəsi və Şəhər Şurası ciddi addımlar atmağa hazırdır və yaxın günlərdə şeir gecəsi, keçmiş xatirələr, Səfəvi Xanədanından əsrimizə qədər hadisələr və s. mövzularla bağlı mərasimlər keçiriləcək.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN