Ərdəbildə Həsən Ruhaniyə bildirildi: “Azərbaycanın susqunluğu əbədi olmayacaq”

Ərdəbildə Həsən Ruhaniyə bildirildi: “Azərbaycanın susqunluğu əbədi olmayacaq”

GünAz TV: İran prezidenti Həsən Ruhani növbəti prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Güney Azərbaycanın Ərdəbil şəhərinə səfər edib, o Urmiyə, Təbriz və Zəncanda olduğu kimi, bu şəhərdə də milli şüarlarla qarşılaşıb.

 

H.Ruhani mayın 17-də Ərdəbildə keçirilən təbliğat mitinqində çıxış edərkən əhalinin səsləndirdiyi milli şüarlarla üzləşib. Soydaşlarımız “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Haray haray mən türkəm” və s. kimi şüarlar səsləndirib, üzərində “Azərbaycanın susqunluğu əbədi olmayacaq”, “Biz ölkədə türk dilinin rəsmi olmasını istəyirik” və s. kimi şüarlar yazılmış plakatlar qaldırıblar.

 

Mitinqə qatılan soydaşlarımız türklərə qarşı ayrı-seçkilik siyasətinə son qoyulması, türk dilinin rəsmi olması və ana dildə təhsil almaq kimi milli tələblər irəli sürüb, H.Ruhaniyə 4 il öncə verdiyi vədləri yerinə yetirmədiyi üçün kəskin etiraz ediblər.

 

Məlumata görə, mitinq zamanı Polis və ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları “Azərbaycanın susqunluğu əbədi olmayacaq” plakatının qaldırılmasına mane olmaq istəyiblər, lakin bu mümkün olmayıb.

 

H.Ruhani çıxışının bir yerində “azəri” ifadəsi işlədib, buna qarşı dərhal “Haray haray mən türkəm” şüarı səsləndirilib. O bundan sonra sözünə düzəliş edib və çıxışını davam etdirib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN