Ərdəbildə seçkilərlə bağlı 10 nəfər saxlanılıb

Ərdəbildə seçkilərlə bağlı 10 nəfər saxlanılıb

GünAz TV: Mayın 19-da keçirilən prezident və Şura Seçkiləri ilə bağlı Ərdəbildə 10 nəfər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Ərdəbil prokuroru Nasir Ətəbati “Mizan” xəbər agentliyi ilə danışıqda yayılan xəbəri təsdiqləyərək bildirib ki, yaxalan şəxslər seçkiləri zamanı qanun pzuntularına yol verib, səsvermə məntəqələrində təbliğat aparıb və pul qarşılığında səs alıb-satırmışlar.

 

Müxtəlif qeyri-rəsmi mənbələr bildirir ki, İranda yoxsulluq səbəbindən bəzi seçicilər pul qarşılığında səslərini satıblar.

 

Tehran prokuroru Qulam Hüseyn İsmaili isə Tehran vilayətində seçkilər zamanı qanun pozuntularına yol verdiklərinə görə 100 nəfərin saxlandığını bildirib.

 

Qeyd edək ki, İranda mayın 19-da prezident və Şura Seçkiləri keçirilib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN