Ərdəbilin imam cüməsi qondarma “DQR”nın rəsmisindən müsahibə alan “Şərq” qəzetinə etiraz edib

2017-12-09 12:33

GünAz TV: Ərdəbilin imam cüməsi Həsən Amuli cümə namazı xütbələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı erməni cinayətkarından müsahibə alan İranın rəsmi “Şərq” qəzetinin bu hərəkətini qınayıb.

 

Ötən həftə Tehranın “Şərq” qəzeti özünü qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) xarici işlər naziri kimi təqdim edən Masis Mailyandan müsahibə alıb, müsahibədə Dağlıq Qarabağın müstəqil ölkə olduğu, bu ərazilərin ermənilərə aid olduğu dilə gətirilib.

 

Dekabrın 8-də cümə namazı xütbələrində bu məsələyə toxunan H.Amuli bildirib ki, cinayətkar bir insandan müsahibə almaq bir qəzet üçün rüsvayçılıqdır.

 

“Çox tirajla nəşr olunan bir qəzet özünü dövlət adlandıran saxta və işğalçı bir hökumətin xarici işlər nazirindən müsahibə alıb onların batil və yalan iddialarını dünya ictimaiyyətinə yayıb. Qəzet bu həddə də olsa, onlara rəsmiyyət verib. Bu hərəkəti şiddətlə qınayır və etiraz edirik. Biz bu vasitə ilə İranla Azərbaycanın əlaqələlərinə xələl gətirənlərə diqqət yetirməyən Xarici İşlər Nazirliyinə də öz etirazımızı bildiririk”- deyə o vurğulayıb.

 

Əli Xameneinin Ərdəbil Əyalətindəki nümayəndəsi əlavə edib ki, “Şərq qəzetinə müsahibə verən şəxs özünü Dağlıq Qarabağın xarici işlər naziri kimi təqdim edib. Halbuki, bu insan həqiqi mənada cinayətkardır, Dağlıq Qarabağ Respublikası isə heç bir ölkə tərəfindən rəsmi olaraq tanınmayıb, Birləşmiş Millətlər Təşkilatının üzvü də deyil. Ona görə də belə bir müsahibənin alınması qəzetin etibarsızlığını göstərir.”

 

Bundan öncə isə Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur, Xalxalın millət vəkili Bəşir Xaliqi və İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani sözügedən müsahibəyə görə “Şərq” qəzetinə öz etirazlarını bildiriblər.

 

Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn müsahibə dekabrın 2-də qəzetin 3024 sayılı nəşrində dərc olunub. Müsahibə uzun illərdir “Azəriha” saytı və “Şərq” qəzetində Azərbaycan əleyhinə yazılar dərc edən Salar Seyfəddini tərəfindən alınıb.

 

Bu haqda geniş məlumat almaq üçün aşağıdakı xəbərlərə müraciət edə bilərsiniz:

İranın “Şərq” qəzeti qondarma "DQR"nın rəsmisindən müsahibə alıb / D.Qarabağ müstəqil ölkə kimi təqdim olunub

Güney azərbaycanlı millət vəkillərindən qondarma "DQR"nın rəsmisindən müsahibə alan “Şərq” qəzetinə Etiraz

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Ayg.11.2020-Özümüz: Naserəddin Şahın Avrupa Səfərləri

2020-08-12

gun az article

GünazTV Aug.11.2020 -GÜNDƏM MASASI: Qanunun adı altında İran hakimiyyətinin iradəsini həyata keçirən özbaşınalıq

2020-08-12

gun az article

Azərbaycanlı fəal Əkbər Sadiqi müvəqqəti olaraq azadlığa buraxılıb

2020-08-11

gun az article

Ərdəbildə koronavirusa yoluxan daha 53 nəfər xəstəxanalara yerləşdirilib

2020-08-11

gun az article

13 ildən sonra Urmiya gölündə damba yolunun dəyişdirilməsinə vəd verilib

2020-08-11

gun az article

GünazTV Aug.10.2020: PARLAQ GƏLƏCƏK: İran rejiminin orta doğu'daki siyasəti çökür, İran rejiminin orta doğu'daki siyasəti çökür

2020-08-10

gun az article

Vali müavini: Tikantəpə qızıl mədəni gəlirlərinin bölgəyə aid hissəsini ödənilmir

2020-08-10

gun az article

Yol qəzasında dünyasını dəyişən milli fəal Bəhmən Xaliqinin qardaşı həbs edilib

2020-08-10

gun az article

Anti-Azərbaycan qüvvələrin təzyiqi nəticəsində Təbrizdə Təkəmçilər heykəli qaldırılıb

2020-08-10

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 794 nəfərə çatıb

2020-08-10

gun az article

Güney azərbaycanlı milli fəal Bəhmən Xaliqi yol qəzasında dünyasını dəyişib

2020-08-10

gun az article

Həbsdə olan azərbaycanlı fəal Behnam Şeyxidə koronavirus simptomları görünüb

2020-08-10

gun az article

Güney azərbaycanlı milli fəal təhdid edilib

2020-08-10

gun az article

Güney Azərbaycanın Mərənd vilayətində ətraf mühit faciəsi baş verib

2020-08-09

gun az article

Güney azərbaycanlı milli fəal Mehdi Əmirinəjad sərbəst buraxılıb

2020-08-09

gun az article

Güney azərbaycanlı milli fəal Əkbər Sadiqi saxlanılıb

2020-08-09

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 784 nəfərə çatıb

2020-08-09

gun az article

Güney Azərbaycanda daha 1 həkim koronavirusdan ölüb

2020-08-09

gun az article

Ana dili uğrunda həbs edilən fəalların azadlığını tələb edən  10 mindən çox tvit paylaşılıb

2020-08-09

gun az article

Qərbi Azərbaycanda baş verən silahlı qarşıdurmada İran sərhədçisi həlak olub

2020-08-08