Ərdəbilin millət vəkili təmsil etdiyi əyalətdə bir neçə kəndə şəhər statusu verilməsini tələb edib

Ərdəbilin millət vəkili təmsil etdiyi əyalətdə bir neçə kəndə şəhər statusu verilməsini tələb edib

GünAz TV: Ərdəbil, Nir, Nəmin və Səreynin İran parlamentindəki millət vəkili ölkədə inzibati ərazi bölgüsü ilə bağlı qanunun icra edilməməsinə etiraz edərək Ərdəbil əyalətində bir neçə kəndə şəhər statusu verilməsini tələb edib.

 

Rza Kərimi noyabrın 22-də parlamentdə etdiyi çıxışı zamanı bu məsələyə toxunub.

 

O daxili işlər nazirinə xitabən deyib:

“İnzibati ərazi bölgüsü və bu barədə olan qanunun icra edilməməsi ilə bağlı daxili işlər naziri məsuliyyət daşıyır. Bəzi kəndlərin bir məntəqədən digər məntəqəyə ilhaq edilməsi məsələsi müəyyən çətinliklər yaradır. Məhz bu səbəbdən Nir şəhərinin qərbi Yurdçu Qəsəbəsinin 20 kəndi bir çox problemlə üz-üzə qalıb.”

 

Azərbaycanlı millət vəkili təmsil etdiyi əyalətdə bir neçə kəndə şəhər statusunun verilməməsindən şikayətlənib.

 

“Ərdəbilin Süməreyn və Səreynin Səbəlan (Savalan) məntəqələrinə şəhər statusunun verilməsi hər cəhətdən qanuna uyğundur, lakin hələ də onlara bu status verilməyib. Mənim fikrimcə, hətta Nəminin “Niyarəq suha” və Hur kəndləri, həmçinin kiçik və böyük Arallu və Xəyarək kəndləri də şəhər olmaq üçün bütün şəraitə malikdir, onlara şəhər statusu verilməlidir”- deyə R.Kərimi vurğulayıb.

 

Ərdəbilin millət vəkili sözlərinin sonunda başqa bir önəmli məsələyə də toxunub. “Ərdəbil, Nir, Nəmin və Səreynin 100 min hektarlıq düzü su qıtlığı ilə üz-üzədir. Bu barədə ciddi tədbirlər alınmalıdır”- deyə o təkidlə vurğulayıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN