Ərdoğan İraqdakı Kürd Muxtar Əyalətinin baş naziri ilə görüşməkdən imtina edir

Ərdoğan İraqdakı Kürd Muxtar Əyalətinin baş naziri ilə görüşməkdən imtina edir

GünAz TV: “İraqın şimalındakı Kürd Muxtar Əyalətinin baş naziri Neçirvan Barzani iki aydır Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyə cəhd edir, amma bu alınmır”.

 

Türkiyənin “Hürriyet” qəzeti yazır ki, sentyabrın 25-də İraqın şimalında keçirilən referendumdan sonra Barzani ailəsi Türkiyə ilə əlaqələri normallaşdırmaq üçün yollar axtarır.

 

“Neçrivan Barzani 2 aydır Ankaraya getmək, Türkiyə prezidenti ilə görüşmək istəyir. Rəcəb Tayyib Ərdoğan onunla görüşmək istəmədiyini bildirib. Prezident niyə görüşmədiyni belə izah edib: “Mənim səlahiyyət səviyyəmə uyğun deyil”.

 

Bundan başqa, o, Barzaninin “müstəqilik referendumu”nu Türkiyə ilə məsləhətləşməməsini də səbəblərdən biri kimi göstərərk, deyib: “İsraillə müzakirə etdilər, bizimlə görüşmədilər”, - deyə qəzet vurğulayıb.

 

Qeyd edək ki, muxtariyyətin başçısı Məsud Barzani oktyabrın 29-da istefa verib. Onun səlahiyyətlərini baş nazir Neçrivan Barzani icra edir. O, M.Barzaninin qardaşı oğludur. "Report"

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN