Ərk qalası ətrafında heç bir tikinti işi aparılmamalıdır– Mədəni İrs Təşkilatı

Ərk qalası ətrafında heç bir tikinti işi aparılmamalıdır– Mədəni İrs Təşkilatı

GünAz TV: Azərbaycanlıların həssaslıqla izlədiyi Ərk qalası və onun ətrafında tikilməkdə olan avtomobil parkingi ilə bağlı yeni xəbər yayılıb.

 

Son məlumata görə, Turizm, Əl işləri və Mədəni İrs Təşkilatı bir sıra araşdırmalardan sonra Ərk qalası ətrafında tikinti işlərinin aparılmasının qadağam olduğunu elan edib.

 

Bu barədə Təşkilatın rəisi Zəhra Əhmədipur İranın daxili işlər nazirinə məktubla müraciət edib.

 

“Mütəxəssislərin geofizika araşdırmalarından sonra qala ətrafında qazıntı işlərinin aparıldığı yerin alt qatlarında, abidənin tarixi əhəmiyyəti olan qalıqlarının mövcud olduğu məlum olub. Ona görə də cənabınızdan xahiş olunur ki, Şərqi Azərbaycan valisi və icraçı qurumlara qalanın ətrafında parking tikilməsinin qadağan olduğunu elan edəsiniz. Həmçinin istənilən tikinti işlərinin dayandırılması ilə bağlı göstəriş verərək bu əhəmiyyətli tarixi məkanın mühafizə olunmasına şərait yaradasınız”- deyə Zəhra Əhmədipurun nazirə yazdığı məktubda qeyd olunub.

 

Bundan öncə Ərk Qalası ətrafında avtomobil parkinginin tikilməsinə dair layihənin icrası üçün lisenziyanın verildiyib barədə xəbər yayılmışdır. Bu Təbriz əhalisi ilə yanaşı bütün azərbaycanlıların etirazına səbəb oldu.

 

Qeyd edək ki, tarixi Ərk Qalası Elxani hökmdarları Sultan Xudabəndənin və Əbu Səidin vəziri olmuş Tacəddin Əlişahın göstərişi ilə hicri-qəməri təqvimi ilə 716-724-cü (miladi 1338-1345-ci) illərdə tikilib.  Qacarlar dövrünə qədər Ərk qalası dövlət qəsri kimi istifadə edilib, sonralar isə Səttarxan, Bağırxan və digər Təbriz mücahidlərinin sığınacaqlarından biri olub. Ərk qalası bir dəfə zəlzələdən, bir dəfə də çar Rusiyası ordusunun hücumundan ağır xəsarət alıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN