Etirazlarda öldürülmüş daha bir güney azərbaycanlı gəncin kimliyi məlum olub

Etirazlarda öldürülmüş daha bir güney azərbaycanlı gəncin kimliyi məlum olub

GünAz TV: Noyabrda benzinin bahalaşması ilə əlaqədar İran və Güney Azərbaycan şəhərlərində keçirilən etiraz aksiyalarında öldürülən soydaşlarımızdan daha 1-nin kimliyi müəyyən edilib.

 

Məlumata görə, əslən Güney Azərbaycanın Sarab şəhərindən olan Əlirza Məhəmmədzadə noyabrın 17-də Tehranda Adəran üçyolunda keçirilən aksiya zamanı qətlə yetirilib.

 

Güney azərbaycanlı gəncin təhlükəsizlik qüvvələrinin açdığı atəşə tuş gəldiyi bildirilir, o qardaşının gözü qarşısında həyatını itirib.

Mərhumun cənzası ailəsindən imza alındıqdan sonra niyabrın 21-də yaxınlarına təhvil verilib.

 

İki uşaq atası olan Əlirza Məhəmmədzadənin 1990-cı ildə doğulduğu bildirilir.

 

Əslində etirazlar zamanı çox sayda Azərbaycan türkləri İranın güc strukturları tərəfindən qətlə yetirilib, lakin onlardan hələlik yalnız 17-nin kimliyini müəyyənləşdirmək mümkün olub:

1-  Əmir Hüseyn Abbasi (Zəncanda öldürülüb)

2- Seyid Əli Fətuhi Kuhsare (Ərdəbildə öldürülüb)

3- Əli Hüseyni (Təbrizdə öldürülüb)

4- Əmir Rza Abdullahi (13 yaşlı yeniyetmə əslən Ərdəbilin Muğan məntəqəsindəndir – Nəsdirabadda öldürülüb)

5- Sepidə Həsəni (Sulduzlu öyrənci təhsil aldığı Tehran şəhərində keçirilən aksiyada öldürülüb)

6- Hadi Qurbani (Tikantəpədən olan azərbaycanlı fəal Tehranın Nəsimşəhr (Əkbərabad) məhəlləsində öldürülüb)

7- Mehran Zahidi (əslən Kəleybərin Paltlı kəndindən olan 17 yaşı yeniyetmə Tehranın Nəsirabad məhəlləsində keçirilən etirazlarda öldürülüb)

8- Məhəmməd Tağı Əlilu (Xoy şəhərinin Yuxarı Vişlə kəndindəndir, o Tehranda keçirilən etiraz aksiyasında öldürülüb)

9- Ramin Ləmse (Şəbistərli soydaşımız Tehranda keçirilən aksiyada öldürülüb)

10- Hüseyn Sultani (Ərak şəhərindəndir, o Tehranın “Şəhr-i Qüds” məhəlləsində keçirilən aksiyada öldürülüb)

11- Cavid Mirzayi (əslən Miyanalıdır, o Tehranın “Robat Kərim” məhəlləsində keçirilən aksiyada öldürülüb)

12- İsmayıl Şucayi (əslən Sarab şəhərindəndir. O Tehranın “Robat Kərim” məhəlləsində keçirilən aksiyada öldürülüb)

13- Behzad Səfərzadə (əslən Ərdəbil Əyalətinin Germi məntəqəsindəndir, o Kərəc şəhərində keçirilən aksiyada öldürülüb)

14- Həsən Əlizadə (əslən ərdəbillidir. O Tehranın “Şəhr-i Qüds” məhəlləsində keçirilən aksiyada öldürülüb)

15- Əli Frutən Ləgəran (əslən Meşkinşəhr (Xiyav) şəhərindəndir. O Tehranda keçirilən etirazlar zamanı öldürülüb)

16- Siyamək Nəvidi Bildaşi (Ərdəbil Əyalətinin Germi şəhərindəndir. Kiyanşəhrdə keçirilən etirazlar zamanı öldürülüb)

17- Əlirza Məhəmmədzadə (Şərqi Azərbaycan Əyalətinin Sarab şəhərindəndir. Tehranda keçirilən etiraz aksiyaları zamanı öldürülüb)

 

Bu arada etirazlar zamanı Qaşay türklərindən olan daha iki soydaşımızın öldürüldüyü məlum olub.

 

Məlumata görə, Hüseyn Heydəri Şirazda, xanım Sultani isə Miyanrudda təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib. Əldə edilən informasiyaya əsasən ağır güllə yarası alan Hüseyn Heydəri xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səyinə baxmayaraq o 25 gün sonra dekabrın 11-də həyatını itirib.

Xanım Sultani isə aksiyada iştirak etməyib. O çörək almağa gedərkən qapısının önündə təhlükəsizlik qüvvələrinin açdığı atəşə tuş gələrək qətlə yetirilib.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN