FARE şəbəkəsi İran futbolunda türklərə qarşı inanılmaz təhqirlər barədə sənəd yayıb

FARE şəbəkəsi İran futbolunda türklərə qarşı inanılmaz təhqirlər barədə sənəd yayıb

GünAz TV: Avropa Futbol Assosiasiyaları (UEFA) və Beynəlxalq Futbol Federasiyaları (FIFA) himayəsində fəaliyyət göstərən FARE (Football Against Racism in Europe) şəbəkəsi bu yaxınlarda dünyada futbol stadionlarında irqi ayrı-seçkilik nümunələrinə dair rəhbərlik sənədi yayımlayıb.

 

Dünya ətrafında futbol sahələrində etnik və dini qruplar, eləcə də qadınlar və cinsi azlıqlara qarşı ayrı-seçkilik nümunələrinin yer aldığı sənədin İran bölməsində iranlı azarkeşlərin (futbol tərəfdarları) türklərə qarşı səsləndirdikləri irqçi şüarlara diqqət çəkilib.

 

“Amerikanın səsi”nin yaydığı məlumata görə, İranda futbol azarkeşlərinin türk azarkeşlərə qarşı səsləndirdikləri şüarlar sənəddə “xər” (uzunqulaq) başlığı altında açıqlanıb.

 

FARE o cümlədən, “Turkish donkey” (eşşək türk), “Donkey, get lost!” (Eşşək, get yox ol!), “There is no braying from the donkeys!” (Eşşəklərin anqırma səsi gəlmir!) və “The Turkish donkeys are silent!” (Eşşək türklər səssizdir!) şüarlarına işarə edib.

 

FARE-in sənədində gətirilən bu şüarlar adətən Təbrizin “Traxtur” komandasının Azərbaycanın xaricində keçirdiyi matçlar zamanı rəqib komandaların azarkeşləri tərəfindən səsləndirilir.

 

Sənəd bu günlərdə  Güney Azərbaycanda sosial şəbəkə istifadəçiləri və türk fəalların gündəmində geniş yer almışdır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN