Futbol Federasiyası “Traxtur” klubunu cərimə və təhdid etdi

Futbol Federasiyası “Traxtur” klubunu cərimə və təhdid etdi

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası yenə də İran Futbol Federasiyası İnzibati Komitəsinin hədəfindədir.

 

Məlumata görə, İnzibati komitə Azərbaycan komandasını Tehranın Azadi stadionunda “Traxtur”-“İstiqlal” qaşılaşması zamanı baş verən hadisələrlə bağlı cərimə ödəməyə məhkum edib. Bu barədə İran Furbol Federasiyasının rəsmi saytında məlumat yayılıb.

“Dekabrın 8-də “Traxtur”la “İstiqlal” komandaları qarşılaşdı. Komandaların tərəfdarları oyun zamanı təhqiramiz şüarlar səsləndirib və meydançaya tərəf əşyalar atdılar. Buna görə də, Disiplin Qaydaları Məcəlləsinin 79-cu maddəsinin 1 və 3-cü bəndlərinə əsasən “Traxtur” klubu 80 milyon rial, “İstiqlal” isə 200 milyon rial məbləğində cərimə ödəməlidir”- deyə Federasiyanın rəsmi saytında qeyd olunub.

 

Məlumata görə, “Traxtur” tərəfdarları bu görüşdə “Ərəb Körfəzi” və bir neçə milli şüarlar səsləndiriblər. Bu isə rejim tərəfdarları və Futbol Federasiyasını qəzəbləndirib. Artıq Azərbaycan klubu rəsmi şəxslər tərəfindən təhdid də edilib.

“Azadi stadionunda səsləndirilən şüarlar ciddi bir hörmətsizliyə dəlalət edir və heysiyyətə toxunan bir məsələdir. Buna müxtəlif tərəflərdən baxmaq olar. Sosiologiya nöqteyi-nəzərindən də həssas bir məsələdir. Bu şüarlar ən xoşagəlməz şüarlardan daha çox mənfi aura yaradır”- deyə Futbol Federasiyasının Hüquqi məsələlər üzrə işçi qrupunun üzvü Həmzə Səfəri bildirib.

 

“Hüquqi məsələləri nəzərə aldıqda ilk baxışda belə nəticə almaq olur ki, “Traxtur” öz meydançasında keçirdiyi görüşlərdə tamaşaçıdan məhrum edilsin. Lakin komanda tərəfdarlarını neçə görüşdə qadağa gözləyir məsələsi, daha dəqiq  araşdırmalardan sonra müəyyənləşdirilə bilər”- deyə Həmzə Səfəri əlavə edib.

 

Qeyd edək ki, “Traxtur” klubunun Futbol Federasiyası tərəfindən rəsmi və ya qeyri-rəsmi şəkildə cəzalandırılması yeni məsələ deyil. Bütün bunlar, komanda yarışlarında Azərbaycan türk millətinin milli və demokrdatik hüquqları ilə bağlı səsləndirilən şüarların qarşısını almaq məqsədi güdür.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN