GünAz TV-nin iki yeni proqramı: "Özümüz" və "Sözümüz"

GünAz TV-nin iki yeni proqramı:

GünAz TV: Güney Azərbaycan televiziyası (GünAz TV) tərəfindən hər həftə iki yeni "Özümüz" və "Sözümüz" verilişi yayımlanacaq.

 

İki yeni proqram tanıtımı:

 

Özümüz verilişi: Özümüzü və kökümüzü Azərbaycan Türk tarixi sürəcəndə tanımalıyıq.

 

Buna görə, ustad Muhəmməd bəy Rəhmanifər, Mesud bəy Haray'ilə birlikdə Azərbaycan Türk tarixi haqqında GünAz TV görücülərinə danışacaqlar.

 

Tamaşaçılar yeni verilişi hər həftə Çərşənbə axşamı günləri Təbriz saatıilə saat 20:45-də izləyə biləcəklər.

 

Özümüz proqramdə tariximizdə lap qədim zamanlardan günümüzə qədər baş vermiş olan olayları GünAz TV görücülərinə açıqlayacaqlar.

 

Sözümüz verilişi: Sözümüzü, dilimizi və hünərimizi Azərbaycan Türk ədəbiyatı biçimində tanımalıyıq.

 

Buna görə, Mesud bəy Haray, ustad Muhəmməd bəy Rəhmanifər ilə birlikdə dilimiz və ədəbiyatımız haqqında GünAz TV görücülərinə danışacaqlar.

 

Tamaşaçılar yeni verilişi hər həftə Cümə axşamı günləri Təbriz saatı ilə saat 21:45-də izləyə biləcəklər. 

 

Ustad Muhəmməd Rəhmanifər tanınmış Güney Azərbaycanlı yazar, çevirmən və araştırmacıdir və Mesud Haray tanınmış Güney Azərbaycanlı milli şairi, siyasi aktivisti, Türkiyədə SASAM Stratejik Araştəmalar Merkezinin İran masası uzamanıdır.

 

M.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN