GünazTV February.14.2020: Birləşmiş ştatlar senatı, Prezident Trampın İrana hərbi müdaxilə etməsinin qarşısını alan və hər iki partiyanın dəstəyini alan qanunu qəbul etdi.

GünazTV February.14.2020: Birləşmiş ştatlar senatı, Prezident  Trampın  İrana hərbi müdaxilə etməsinin qarşısını alan  və hər iki partiyanın dəstəyini alan qanunu qəbul etdi.

Birləşmiş ştatlar senatı, Prezident  Trampın  İrana hərbi müdaxilə etməsinin qarşısını alan  və hər iki partiyanın dəstəyini alan qanunu qəbul etdi. Demokrat Senator Tim Kaine tərəfindən qələmə alınan qanun, Trumpın İrana istiqamətlənən hər hansı əməliyyatdan əvvəl, konqresdən icazə almağı nəzərdə tutur. Səsverməyə, Truampın partiyasından 8 nəfər də qatılıb.Qanun layihəsi, 45-ə qarşı  55 səslə qəbul edildi. Senator, söylədi ki, qanun onu göstərir ki, müharibə elan etmək yalnız və yalnız Konqresə aiddir.

“Tramp və digər prezidentlər Amerikanı yaxın təhdidlərdən qoruma haqqına sahibdir.Lakin, müharibə  elan etmək  konqresdə müzakirəyə cıxarılaraq qəbul edilməlidir.

Demokratların coxluğa sahib olduğu  Təmsilçilər Məçlisi keçən ay bənzər bir qanunu təstiqləmişdi. Hesab olunur ki, president Tramp  bu qanuna veto qoyaçaq.Ancaq təmsilçilər məclisi və respublikaçıların nəzarətindəki  senatda   üçdə iki çoxluğun qorunması halında   Trampın vetosunu əzib keçə bilər. Prezident Trumpın acıqlamasında isə deyilirdi ki, əgər qanun qüvvəyə düşərsə Amerika Birləşmiş Ştatları  İran qarşısında güçsüz bir vəziyyətə düşəcək.

‘’Qanunun üstünlüyünü  qoruduğumuz müddətdəbu güclü olduğumuzun  mesajıdır” deyən senator Kaine Trampin  tam əksini düşünür.

Kaine, “Əgər gənc qadın və kişilərimiz müharibədə həyatlarını riskə atacaq tapşırıqlar verərsək, bu yalnız və yalnız  xalqın məclisində diqqətlə araşdırıldıqdan sonra olmalıdır, bir nəfərin  qərarına  bağlı olmamalıdır”

Prezident Tramp isə  tvitter üzərindən  göndərdiyi  mesajda  açıq  göstərdi ki, bu qərar yanlış oalcaq. “İranla bağlı çox yaxşı durumdayıq, indi zəyiflik göstərməyin zamanı deyil. Amerikalılar terrorçu  Süleymaninin öldürülməsini  dəstəkləyir. Mənim əlim- qolum  bağlanarsa İranlılar bayram edər. Demokratlar yalnız Respublişılara problem yaratmaq üçün bunu edir. Bunun  baş verməsinə icazə  verməyin.

Qanira Atash.Washington.GUNAZ.TV.


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN