Güney Azərbaycan: Daşqın bölgəsində daha bir cəsəd aşkar edilib

Güney Azərbaycan: Daşqın bölgəsində daha bir cəsəd aşkar edilib

GünAz TV : Aprelin 14-də Güney Azərbaycanda baş verən sel fəlakəti zamanı itkin düşən 33 yaşlı kişinin cəsədi tapılıb.

 

Cəsəd 5 gün axtarışdan sonra Əcəbşerin Qalaçay bəndində aşkar edilib.

 

33 yaşlı Barazlı kəndi sakini Xəlil Məhəmmədzadənin iki uşaq atası olduğu bildirilir.

 

Əcərbşer Şəhər İcra Hakimiyyəti başçısının müavini (fərmandar müavini) bildirib ki, ötən cümə günü baş verən sel fəlakətindən sonra Əcəbşerdə aşkar edilən cəsədlərin sayı 19-a çatıb. O vurğulayıb ki, itkin düşən 18 aylıq və 6 yaşlı uşaqların axtarışı davam etdirilir.

 

Qeyd edək ki, Güney Azərbaycan şəhərlərində baş verən təbii fəlakətdə təxminən 50 nəfər sel suları altında qalaraq həlak olub. Bölgədə ən çox ziyan Azərşəhr və Əcəbşer şəhərlərinə dəyib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN