Güney Azərbaycan mətbuatı “Traxtur” tərəfdarlarına qarşı təxribat aparanların məsuliyyətə cəlb olunmasını istəyib

Güney Azərbaycan mətbuatı “Traxtur” tərəfdarlarına qarşı təxribat aparanların məsuliyyətə cəlb olunmasını istəyib

GünAz TV: Güney Azərbaycanın bir qrup sayt və Teleqram kanlalı “Traxtur” futbol komandası tərəfdarlarına böhtan atan, onların kürdlərin əleyhinə şüar səsləndirdiyini yalandan iddia edən mətbuat orqanları və şəxslərin məsuliyyətə cəlb olunmasını tələb ediblər.

 

Güney Azərbaycana aid bir çox mətbuat orqanı bu barədə eyni mövqedən çıxış edib.

 

“BBC, “Məno to”, “Iran International” və s. kimi kütləvi informasiya vasitələri ilə birlikdə bəzi mətbuat orqanları və şəxslər “Traxtur” tərəfdarları əleyhinə şayiə yayır, onları fars və kürdlərin əleyhinə şüar səsləndirməkdə və irqçilikdə ittiham edirlər. Əslində bu hücum dalğası “Traxtur” tərəfdarlarına deyil, milli təhlükəsizliyik və ölkədə qövmlərin birliyinə xələl gətirə bilər.

“Traxtur”-“İstiqlal” görüşündə heç bir qövmün adı çəkilməyib, kimsə thqir olunmayıb və irqçiliyə yol verilməyib. Edilən təbliğata rəğmən “Traxtur” tərəfdarlarının günahı ölkənin şimal-qərbində İran sərhədlərini qoruyarkən terror qruplaşmaları tərəfindən şəhid edilənlərə öz ehtiramını göstərməkdən ibarət olub.”- deyə mətninin bir hissəsində qeyd olunub.

 

Azərbaycan mətbuatı İran kütləvi informasiya vasitələrini  fitnə yaradan qüvvələrə qarşı diqqətli olmağa çağıraraq bütün millət vəkilləri və səlahiyyətli rəsmi məsullardan “Traxtur” tərəfdarlarının əleyhinə şayiə yayanların məsuliyyətə cəlb olunmasını tələb ediblər.

 

Etiraz mətni aşağıdakı kanallarda yayılıb:

 

N.S 

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN