Güney Azərbaycan şəhərlərində “yol qəzalarına yox” kampaniyası başladılıb

Güney Azərbaycan şəhərlərində “yol qəzalarına yox” kampaniyası başladılıb

GünAz TV: Güney Azərbaycan yollarında baş verən avtomobil qəzaları çox sayda insanın ölümü vəya şikəst olması ilə nəticələnir.

 

Günü-gündən artan qəzalar yerli əhalinin ciddi narahatlığına səbəb olduğu üçün, bu istiqamətdə müxtəlif tədbirlərə əl atılır. Ötən günlərdə başladılan “yol qəzalarına yox” kampaniyasına artıq çox sayda insan qoşulub, onların arasında ölkənin yüksək rütbəli rəsmi şəxsləri və xarici vətəndaşlar da var.

 

Məlumata görə, İran Qızıl Aypara Cəmiyyətinin icraçı direktoru Mustafa Məhəmmədiyun Qəzvin Vilayətinə səfəri zamanı Azərbaycan şəhərlərində başladılan kampaniyaya qoşulub. Onun Qəzvin Güvənlik və Sağlamlıq Düşərgəsinə baxış keçirərkən “yol qəzalarına yox” kampaniyasına qoşulduğu bildirilir.

 

Qərbi Azərbaycanın Makı şəhərində isə çox sayda xarici turistin sözügedən kampaniyaya qoşulduğu barədə xəbər yayılıb. Qərbi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclərin məsələləri üzrə sədr müavini Məhəmmədrza hacızadə bir neçə Fransa vətəndaşının kampaniyaya qoşulduğunu bildirib. Onun sözlərinə görə, xarici turistlər Çaldıran Güvənlik və Sağlamlıq Düşərgəsində “yol qəzalarına yox” kampaniyasına qoşulublar.

 

Bu arada Novruz bayramı günlərində Güney Azərbaycanın müxtəlif bölgələrində insan tələfatı ilə nəticələnən bir neçə avtomobil qəzası baş verib. Əldə olunan son məlumata görə, Şərqi Azərbaycanda 15, Qəzvin Vilayətində 2, Xoy-Mərənd yolunda 6, Qoşaçay-Bukan yolunda isə 1 nəfər yol qəzalarının qurbanı olub. Baş verən yol-nəqliyyat hadisələrində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN