Güney Azərbaycan: Sel bölgəsində axtarış işləri dayandırıldı

2017-05-04 09:09

GünAz TV: Aprelin 14-də Güney Azərbaycan şəhərlərində baş verən sel fəlakəti zamanı itkin düşənlərdən daha birisinin cəsədi tapılıb, bununla da axtarış işləri dayandırılıb.

 

Bu barədə Şərqi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin məsulu Əli Şuhudi mayın 3-də mətbuata məlumat verib.

 

“Yerli əhali və xilasedici qrupların uzun müddət axtarışından sonra bu gün itkin düşmüş sonuncu şəxsin cəsədi aşkar edilib, bununlada axtarış işləri sona çatdırılıb”- deyə o bildirib.

 

Əli Şuhudi əlavə edib ki, “aşkar edilən sonuncu cəsəd 22 aylıq Pərinaz Hidayəti adlı uşağa aiddir. Cəsəd Azərşəhrin Teymurlu kəndində şəhid Sərdari kanalında aşkar edilib.”

 

“22 aylıq uşağın cəsədi tapılmaqla aprelin 14-də baş verən təbii fəlakət qurbanlarının sayı 44-ə çatdı. Artıq itkin düşənlərin hamısının cəsədi aşkar edilib və bununlada axtarış işləri başa çatıb”- deyə Qızıl Aypara Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin məsulu bildirib.

 

Bu arada mayın 3-də yağan güclü yağışlar Güney Azərbaycanın Nəmin və Germi şəhərlərində fəsadlarla nəticələnən sel və daşqınlara səbəb olub. Germidə 12 məhəlləni sel basıb, nəticədə 50 evə ziyan dəyib. Daşqın suları Nəmin şəhərinin Ənbəran bölgəsində də fəsadlar törədib.

 

Qeyd edək ki, aprelin 14-də Güney Azərbaycanın bir neçə şəhərini sel basıb. Ağır maddi xəsarət və 44 nəfərin ölümü ilə nəticələnən təbii fəlakət ən çox Azərşəhr və Əcəbşer şəhərlərinə ziyan vurub. Dövlət Azərşəhrin Qələzar kəndində suyun yatağını yol kimi istifadəyə verdiyi üçün avtomobillər körpünün altından keçərkən sərnişinləri ilə birlikdə sel suları altında qalıb nəticədə çox sayda insan həlak olmuşdur. Dövlət rəsmiləri və bir çox mətbuat orqanı Qələzar körpüsündə baş verənləri təhrif edərək hadisə ilə bağlı yalan açıqlamalar verib, sel fəlakəti haqda həqiqəti əks etdirməyən məlumatlar yaymışdır.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.18.2020: Azadlıq səsi: Farsçılığın demokrasiyə qarşı düşmənçiliyi

2020-09-19

gun az article

GünazTV Sep.18.2020-QADINCA: #Azərbaycan Talandı Kampanyası

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: İran toplumunun 70% -i məcburi hicaba qarşı çıxır

2020-09-18

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-18

gun az article

Saxlanılan fəal Musa Ziya Gərgəri Təbrizin Kəşfiyyat idarəsinə köçürülüb

2020-09-18

gun az article

Güney Azərbaycanlı milli fəal Əyyub Şiri məhkəməyə çağırılıb

2020-09-18

gun az article

Güney azərbaycanlı fəal Rza Vasiqinin məhkəməsi keçirilib

2020-09-18

gun az article

GünazTV Sep.17.2020-Sözümüz: Ustad Şəhriyar

2020-09-18

gun az article

GünazTV Sep.17.2020- Düşünməyə Çağırı: Qadın və Siyasət

2020-09-18

gun az article

Təkabda terrorçuların simvolunu qaldıranlara etiraz edənlər cəriməyə məhkum edilib

2020-09-17

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət açıqlanıb

2020-09-17

gun az article

Azərbaycanlı əkinçilər məhsullarını sata bilmir + GÖRÜNTÜ

2020-09-17

gun az article

İranın səhiyyə nazirliyi rəsmiləri yenidən Azərbaycanın adını təhrif edib

2020-09-17

gun az article

Təbriz bələdiyyəsinin məsuliyyətsizliyi uşağın ölümü ilə nəticələnib + VİDEO

2020-09-17

gun az article

Güney azərbaycanlı fəal Musa Ziya Gərgəri saxlanılıb

2020-09-17

gun az article

Güney azərbaycanlı milli fəal Həmid Mənafi Nadarlı müvəqqəti azadlığa buraxılıb

2020-09-17

gun az article

GünazTV Sep.16.2020: Ərəb ölkələrinin İsrailnən münasibətlərinin normallaşmasır

2020-09-17

gun az article

“Traxtur Azərbaycan” komandasının məşqçisi cəzalandırılıb

2020-09-16

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-16

gun az article

Muxtar İbrahimi Marağa zindanına köçürülüb

2020-09-16