Güney Azərbaycan və digər qeyri-fars bölgələrində qız uşaqlarının neçə faizi təhsilini davam etdirə bilir?! – Rəsmi Açıqlama

Güney Azərbaycan və digər qeyri-fars bölgələrində qız uşaqlarının neçə faizi təhsilini davam etdirə bilir?! – Rəsmi Açıqlama

GünAz TV: İranda əsasən qeyri-fars millətlərinin yaşadıqları sərhəd bölgələrində qız uşaqların təxminən 50 faizi ibtidai və ya ondan sonra təhsili tərk etmək məcburiyyətində qalırlar.

 

Bu barədə İranın Təlim və Tərbiyə Nazirliyinin ibtidai təhsil üzrə sədr müavini Rizvan Həkimzadə jurnalistlərə açıqlama verib.

 

“Qız uşaqlarının məktəbi atmasının ən böyük səbəbi onların erkən yaşlarda evləndirilməsidir”- deyə Həkimzadə açıqlamasında vurğulayıb.

 

O əlavə edib ki, “xüsusilə kiçik şəhərlərdə uşaqlar ailə üçün işçi qüvvəsi hesab edilirlər. Onlar misal üçün kəndlərdə məhsul toplama zamanı ailələrinə yardım etməli olurlar. Bəzi bölgələrdə də ailələr qızlarını qadın müəllimlərin olmadığı məktəblərə göndərmək istəmirlər.”

 

Təlim və Tərbiyə Nazirliyinin sədr müavini sərhədyanı əyalətlər və təhsilini tərk edən şagirdlərin sayına işarə etməyib.

 

Güney Azərbaycanının üç sərhədyanı Əyaləti əhalinin savadlılıq səviyyəsi və ibtidai məktəb şagirdlərinin sinifdə qalması baxımından ölkənin ən uğursuz əyalətlərindən hesab edilir. Qərbi Azərbaycan Əyaləti son iki ildə ibtidai məktəb şagirdlərinin davamsızlığı baxımından ölkədə ikinci yeri tutub.

 

Rəsmilərin açıqlamalarına görə, bu uğursuzluğun əsas səbəblərindən ana dilinin farsca olmaması, habelə sinif və müəllim çatışmazlığıdır.

 

Təhsildən məhrum olan şagirdlərin sayına görə, Qərbi Azərbaycan Əyaləti ilə yanaşı Sistan-Bəluçistan, Xuzistan və Hormozqan Əyalətlərinin adları da birinci sıralarda çəkilir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN