Güney Azərbaycanda insan hüquqlarının pozulması barədə Cavid Rəhmanın hesabatı

Güney Azərbaycanda insan hüquqlarının pozulması barədə Cavid Rəhmanın hesabatı

GünAz TV: BMT-nin İranda insan hüquqları məsələləri üzrə xüsusi nümayəndəsi Cavid Rəhman yeni hesabatında Güney Azərbaycanda İran rejimi tərəfindən insan hüquqları pozulmasına işarə edib.

 

Hesabat çərşənbə günü, fevralın 19-da yayılıb. Birinci hissədə İranda insan hüquqları zəminində olan nigaranlıqlar, ikinci hissədə isə insan haqları ilə bağlı vəziyyətin yaxşılaşması üçün təkliflər yer alıb. BMT-nin xüsusi nümayəndəsi İranda 2019-cu il noyabr ayında keçirilən etirazlara geniş yer verib.

 

Hesabatın bir hissəsində Güney Azərbaycan türklərinin ana dilində təhsil almaq hüququndan məhrum edilməsinə işarə olunub. Cavid Rəhman həmçinin güney azərbaycanlı milli-mədəni fəalların saxlanılıb və sürgün edilməsi, onlardan dəqiq olaraq 82-nin saxlandığını qeyd edib.

 

Hesabat martın 9-da Cenevrədə İnsan Hüquqları Şurasının keçiriləcək iclasında BMT-nin xüsusi nümayəndəsi tərəfindən təqdim olunacaq.

 

“Amnesty İnternational” fevralın 18-də 2019-cu ildə İranda insan hüquqlarının acınacaqlı durumu və ölkədə baş verən qanlı repressiyalarla bağlı illik hesabatını yayıb.

Güney azərbaycanlıların İran rejimi tərəfindən repressiyalara məruz qaldığının qeyd olunduğu heabatda bildirilib ki, Azərbaycan türklərinin hüquqlarını müdafiə edən Abbas Lisani ötən payızın birinci ayında “sistemin əleyhinə təbliğat aparmaq” kimi ittihamlarla üzləşərək 15 il həbs cəzasına məhkum edilib. O məhkumluq müddətinin 10 ilini həbsxanada keçirməlidir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN