Güney Azərbaycanda sel hadisəsində verilən itkilərin təqsirkarları müəyyən edilib

2017-05-24 10:27

GünAz TV: İran Parlamenti Abadlaşdırma Komissiyası Güney Azərbaycanda baş verən sel fəlakəti ilə bağlı raport hazırlayaraq hadisədə verilən itkilərlə əlaqədar 4 nazirliyi əsas təqsirkarlar kimi təqdim edib.

 

Mayın 23-də açıqlanan raportda sel fəlakətində 44 nəfərin öldüyü, Şərqi Azərbaycan Vilayətinə 4393 və Qərbi Azərbaycan Vilayətinə 4180 milyard rial maddi ziyan dəydiyi bildirilib. Komissiyanın raportunda təqsirkarların mühakiməsi vəya cəzalandırılması barədə heç nə qeyd olunmayıb.

 

Parlamentin Abadlaşdırma Komissiyasının açıqlamasına görə, təbii fəlakətdə verilən can və mal itkisində bu orqanlar təqsirkardır:

 

-     Enerji Nazirliyi: Seli təhlükəsi olan çaylarda bəndlərin olmaması səbəbindən daşqınlar kontrola alınmayıb, çayların ətrafındakı qumlar qanunsuz şəkildə qazılıb və digər yerlərə daşınıb, kənd və yaşayış məntəqələrinə yaxın çaylarda dibdərinləşdirmə və güvənlik işləri görülməyib, çayların hövzəsinə nəzarət olunmayıb.

 

-     Kənd Təsərrüfatı Nazirliyi: Bölgədə yetəri qədər suayrıcı layihələri icra olunmayıb, bitki örtüyü olduqca zəifdir və otlaqla heyvandarlıq səviyyəsi bir-birinə uyğun deyil, bölgədə kənd təfərrüfatı və əkinçilik inkişaf etməyib.

 

-     Yol və Şəhərsalma Nazirliyi: Mümkün daşqınların miqdarı düzgün hesablanmayıb və bu amil körpülərin tikilişində nəzərdə tutulmayıb, Çaylar ətrafındakı yollarda yetəri qədər məlumatverici tablo və nişanlar görünmür, bu məsələ nəzarətdə saxlanılmayıb.

 

-     Ölkə Nazirliyi (Daxili İşlər Nazirliyi): Böhranla bağlı vaxtında xəbər çatdırılmayıb və bu məsələ düzgün idarə olunmayıb, sel təhlükəsi olan yerlərdə əhalinin toplaşmasına mane olmaq üçün düzgün tədbir alınmayıb.

 

Qeyd edək ki, aprelin 14-də Güney Azərbaycanın bir neçə şəhərini sel basıb. Ağır maddi xəsarət və 44 nəfərin ölümünə səbəb olan təbii fəlakət ən çox Azərşəhr və Əcəbşer şəhərlərinə ziyan vurub. Dövlət Azərşəhrin Qələzar kəndində suyun yatağını yol kimi istifadəyə verdiyi üçün avtomobillər körpünün altından keçərkən sərnişinləri ilə birlikdə sel suları altında qalıb və çox sayda insan həlak olmuşdur. Dövlət rəsmiləri və bir çox mətbuat orqanı Qələzar körpüsündə baş verənləri təhrif edərək hadisə ilə bağlı yalan açıqlamalar verib, sel fəlakəti haqda həqiqəti əks etdirməyən məlumatlar yaymışdır.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayında daha bir rekord artım

2020-06-05

gun az article

İran televiziyasından növbəti anti-Azərbaycan addım: tanınmış pendir brendinə qarşı təxribat + VİDEO

2020-06-05

gun az article

Ərdəbilli sənətçilərin  İranda olan repressiyaya qarşı performans əsəri  – VİDEO

2020-06-05

gun az article

Azərbaycanlı rejissor iranlıların irqçi yanaşmasını tənqid edib

2020-06-05

gun az article

Urmiya gölünün son vəziyyəti + VİDEO

2020-06-04

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxma halları sürətlə artır

2020-06-04

gun az article

“Urmiyə 90” komandası İran çempionatının I dəstəsi yarışlarından geri çəkilməyə məcbur olub

2020-06-04

gun az article

İmam cümə Qərbi Azərbaycan əyalətinin kürd valisinin idarəçiliyini tənqid edib

2020-06-04

gun az article

Tarixi “Rəbi-Rəşidi” şəhərciyinin ərazisində yanğın baş verib + Video

2020-06-04

gun az article

GünazTV June.03.2020: Kürd təşkilatları Azərbaycan topraqlarına göz dikib, ABŞ-dakı etirazlar və İranda aban etirazlarına baxış.

2020-06-03

gun az article

Marağada məktəb binalarının 40 faizi bərbad vəziyyətdədir

2020-06-03

gun az article

Əhərdə ailəvi qonaqlıqda iştirak edən 9 nəfər koronavirusa yoluxub

2020-06-03

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayı 6000-i ötüb

2020-06-03

gun az article

Azərbaycanlıların geniş etirazından sonra Xoy tarixi bazarının təhrif olunmuş adları düzəldilib

2020-06-03

gun az article

Təbriz Şəhər Şurasının sədri həbs edilib

2020-06-03

gun az article

Güney azərbaycanlı fəal və idmançı müvəqqəti azadlığa buraxılıb

2020-06-03

gun az article

GünazTV June.02.2020-Özümüz:Qacarlar: Fəthəli Şah

2020-06-02

gun az article

GünazTV June.02.2020 -GÜNDƏM MASASI:Güney Azərbaycan'da İran dəstəkli kürd terrorizmi

2020-06-02

gun az article

Aynalı turizm düşərgəsi fəaliyyətini dayandırıb

2020-06-02

gun az article

Güney azərbaycanlı aşıq İslam Mirzayinin yas mərasimi keçirilib + VİDEO

2020-06-02