Güney Azərbaycanın bir çox məntəqəsi əhalidən boşalır

2017-10-30 12:16

GünAz TV: Güney Azərbaycanda bir çox şəhər və kənd işsizlik və ətraf mühit problemləri ilə əlaqədar əhalidən boşalır.

 

Bu barədə son günlərdə Xalxal və Kosərin İran parlamentindəki millət vəkili Bəşir Xaliqi və Məlikanın millət vəkili Salman Xudadadi çıxış ediblər. Mövzu ilə bağlı İslam İnqilabı Keşikçilər Korpusuna (“Sepah”) yaxın “Tabnak” saytında da məlumat dərc olunub.

 

Bəşir Xaliqi İran Təbii Qaynaqlar, Su və Kənd Təsərrüfatı Komissiyası üzvlərinin Ərdəbilə etdikləri 3 günlük səfər haqda danışarkən təmsil etdiyi şəhərlərin ağır vəziyyətindən söz açıb.

 

“Ərdəbil Əyalətinin cənub bölgəsindən köçlər artıb. Bu çox nigaranlıq doğurur. Mənə elə gəlir ki, vəziyyət belə davam edərsə, artıq 10 il sonra Xalxal və Kosər şəhərlərinin açarını Ərdəbil valisinə təhvil verməliyik”- deyə o bildirib.

 

Məntəqənin əhalidən boşalması ilə bağlı həyəcan təbili çalan millət vəkili təmsil etdiyi şəhərlərin əhalisinin sayı haqda konkret məlumat verib: “Kosər şəhərinin əhalisi 50 min nəfərdən ibarət idi, indi isə bu rəqəm 22 mindən də aşağıdır. Xalxal əhalisi isə 91 mindən 85 min nəfərə düşüb. Bu, Ərdəbil Əyalətində köçlərin nə həddə olduğunu göstərir”- deyə Bəşir Xaliqi deyib.

 

Azərbaycanlı millət vəkili köçlərin səbəbi kimi işsizlik, kəndlərdə su qıtlığı, təbii qaynaqlar və ətraf mühitlə bağlı problemləri göstərib.

 

Urmu gölünə yaxın məntəqələrdə isə vəziyyət daha da acınacaqlıdır. Bu barədə Məlikanın (Məlikkəndi) millət vəkili Salman Xudadadi “Puya Jurnalistlər Klubu”na danışıb.

 

“Urmu gölü ətrafındakı kəndlərdə vəziyyət olduqca ağırdır. Bəzi kəndlərin əhalisi susuzluqdan az qala ölsün! Onlar həm də işsizlikdən dolayı şəhərlərə üz tuturlar. Buna səbəb bölgədə kənd təsərrüfatının məhv edilməsidir. Vəziyyət belə davam edərsə, bir neçə il sonra Urmu gölü ətrafında yerləşən şəhərlər də əhalidən boşalacaq”- deyə o bildirib.

 

Azərbaycanlı millət vəkili Urmu gölü ətrafındakı kəndlərdə yaşanan problemi dövlətin qeyri-peşəkar şəkildə həyat keçirdiyi işlərlə əlaqələndirib. O bildirib ki, “Dövlət son illərdə Urmu gölünü böhrandan qurtarmaq üçün heç bir müsbət addım atmayıb, lakin bölgədə kənd təsərrüfatına ağır zərbə vurub. Bu, yerli əhali üçün iqtisadi təzyiqdir. Urmu gölü ilə bağlı bütün işlər elmi şəkildə görülməlidir, halbuki bu belə olmayıb və nəticədə bölgənin kənd təsərrüfatına ağır ziyan dəyib. Ona görə də bu gün Urmu gölü ətrafında yerləşən kəndlərdə işsizlik və köç problemi getdikcə böyüyür.”

 

Mövzu ilə bağlı İslam inqilabı Keşikçilər Korpusuna yaxın “Tabnak” saytı da məlumat dərc edib. Məlumatda etiraf olunur ki, “Urmu gölünün taleyi aydındır. Artıq məsullar tədricən 5 milyondan çox əhalinin ölkənin şimal-qərbindən mərkəzi şəhərlərə köçürmək haqqında düşünməli, onların həyatına təminat verməlidir. Bu insanlar Urmu gölü quruduğu üçün artıq ata-bana torpaqlarında yaşaya bilməyəcəklər”- deyə məlumatda qeyd olunub.

 

Sayt vurğulayıb ki, “Urmu gölünün qurumasının ölkənin şimal-qərb məntəqəsi ekosisteminin məhv olması və duz fırtınalarının əmələ gəlməsindən başqa heç bir mənasi yoxdur. Təəssüflə artıq demək olar ki, hazırda ən yaxşı iş Urmu gölünün canlandırılması haqqında düşünmək əvəzinə ölkənin şimal-qərb əhalisini mərkəzi şəhərlərdə yerləşdirmək haqqında düşünməkdir”

 

Qeyd edək ki, Güney Azərbaycanın əksər şəhər və kəndlərində əhalinin sayı azalır. Buna səbəb yerli əhalinin işsizlik və yoxsulluqdan fars bölgələrinə üz tutmasıdır. Onların köçməsi Azərbaycanın qərb bölgəsində demoqrafik dəyişikliyə və kürdlərin bölgəyə köçməsi kimi problemlərə də səbəb olur. Fars bölgələrinə köçən Azərbaycan türklərinin əksəriyyəti bir-iki nəsil sonra asimilasyon siyasətinə məruz qalaraq farslaşır. Onların bəziləri müxtəlif səbəblərdən yenidən Azərbaycana qayıtdığında fars kimliyinin təbliğatçısısa çevrilir.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Aug.10.2020: PARLAQ GƏLƏCƏK: İran rejiminin orta doğu'daki siyasəti çökür, İran rejiminin orta doğu'daki siyasəti çökür

2020-08-10

gun az article

Vali müavini: Tikantəpə qızıl mədəni gəlirlərinin bölgəyə aid hissəsini ödənilmir

2020-08-10

gun az article

Yol qəzasında dünyasını dəyişən milli fəal Bəhmən Xaliqinin qardaşı həbs edilib

2020-08-10

gun az article

Anti-Azərbaycan qüvvələrin təzyiqi nəticəsində Təbrizdə Təkəmçilər heykəli qaldırılıb

2020-08-10

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 794 nəfərə çatıb

2020-08-10

gun az article

Güney azərbaycanlı milli fəal Bəhmən Xaliqi yol qəzasında dünyasını dəyişib

2020-08-10

gun az article

Həbsdə olan azərbaycanlı fəal Behnam Şeyxidə koronavirus simptomları görünüb

2020-08-10

gun az article

Güney azərbaycanlı milli fəal təhdid edilib

2020-08-10

gun az article

Güney Azərbaycanın Mərənd vilayətində ətraf mühit faciəsi baş verib

2020-08-09

gun az article

Güney azərbaycanlı milli fəal Mehdi Əmirinəjad sərbəst buraxılıb

2020-08-09

gun az article

Güney azərbaycanlı milli fəal Əkbər Sadiqi saxlanılıb

2020-08-09

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 784 nəfərə çatıb

2020-08-09

gun az article

Güney Azərbaycanda daha 1 həkim koronavirusdan ölüb

2020-08-09

gun az article

Ana dili uğrunda həbs edilən fəalların azadlığını tələb edən  10 mindən çox tvit paylaşılıb

2020-08-09

gun az article

Qərbi Azərbaycanda baş verən silahlı qarşıdurmada İran sərhədçisi həlak olub

2020-08-08

gun az article

Ərdəbil əyalətində daha 3 nəfər koronavirusdan ölüb, əlavə 25 nəfər xəstəliyə yoluxub

2020-08-08

gun az article

Şərqi Azərbaycanda baş verən iki yol qəzasında 15 nəfər yaralanıb, 1 nəfər ölüb

2020-08-08

gun az article

Məsud Pezeşkiyan koronavirusa yoluxub

2020-08-08

gun az article

GünazTV July.07.2020: Azadlıq səsi: Beyrutda baş verən partlayış və səbəblər

2020-08-08

gun az article

GünazTV Aug.07.2020-QADINCA: Rafiq Tağı işığında ədəbiyyat, din, İran

2020-08-08