Güney Azərbaycanın “Fədakar əkinçi"si vəfat edib

Güney Azərbaycanın “Fədakar əkinçi

GünAz TV: “Fədakar əkinçi” adı verilən Əzbər Əli Hacəvi Təbrizin İmam Rza xəstəxanasında şənbə günü vəfat edib.

 

Kütləvi informasiya vasitələrində Riz Əli Xacəvi kimi də adlanan “Fədakar əkinçi” 10 gün əvvəl böyrək və ağciyər xəstəliyindən Miyananın “Xatəm-ul ənbiya” xəstəxanasına yerləşdirilib, o sonra vəziyyətinin ağır olduğundan Təbrizin İmam Rza xəstəxanasına intiqal edilmişldir.

 

Əzbər Əli Hacəvi bir müddət əvvəl ümumtəhsil məktəblərinin 3-cü sinif dərsliyində barəsində yazılmış “Fədakar əkinçi” macərası haqqında “Fars” xəbər agentliyinə danışaraq bu hadisəni həyatının ən önəmli xatirəsi adlandırıb.

 

1362-ci il dekabr ayında, Əzbər Əli Hacəvi 32-i yaşı olarkən dəmiryolu xəttinin kənarında olduğu zaman, yolun dağın uçması nəticəsində bağlandığını görüb. O qatarı idarə edən şəxsi vəziyyətdən xəbərdar etmək üçün öz pencəyini yandırıb havada fırladıb. O həmçinin qatarın saxlaması üçün ov tüfəngi ilə bir neçə dəfə atəş də açıb. Zəhmətkeş əkinçinin dediyinə görə, qatar saxladıqdan sonra yolun bağlı olduğundan xəbərsiz olan sərnişinlər əkinçini bu hərəkərinə görə döyüblər. Lakin onun səyi nəticəsində qatar dayanıb və çox sayda insanın həyatı ölümdən xilas olub.

 

Azərbaycanlı zəhmətkeş əkinçi 2006-cı ildə “Fədakarlıq” ordeni ilə təltif olunub.

 

“Fədakar əkinçi” dərsi ötən illərdə İranda məktəblərin dərsliyindən silinib.

 

İranın əksər rəsmi xəbər agentlikləri köhnə ənənələrinə sadiq qalaraq bu dəfə də Azərbaycanla bağlı xəbəri işıqlandırmayıblar. Tehran qəzetlərindən yalnız “Həmdeli” qəzeti, birinci səhifəsində “Fədakar əkinçi”nin vəfatı ilə bağlı xəbəri dərc edib.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN