Güney Azərbaycanın futbol komandalarının gələcək günlərdəki fəaliyyəti qeyri-müəyyən vəziyyətdə…

Güney Azərbaycanın futbol komandalarının gələcək günlərdəki fəaliyyəti qeyri-müəyyən vəziyyətdə…

GünAz TV: Koronavirus epidemiyası ilə bağlı yarışlar və məşqlərin dayandırılmasından sonra Novruz bayramı günlərində komandaların məşqlərə başlayacağı gözlənilirdi, lakin bunun mümkün olmayacağı bildirilir.

 

Koronavirusa qarşı Mübarizə Mərkəzinin 7-ci bəyanatında aprelin 19-dək komandaların yarış və məşqlərinə qadağa qoyulub. Bununlada ölkənin super liqa, eləcədə İran çempionatının 1-ci və 3-cü dəstəsinin yarışlarında təmsil olunan Təbriz komandalarının gələcək günlərdəki fəaliyyəti qeyri-müəyyən vəziyyətdədir.

 

“Traxtur” və “Maşınsazi” komandaları super liqa, “Elm və Ədəb” İran çempionatının 1-ci, “Möhtəşəm” isə İran çempionatının 3-cü dəstəsinin yarışlarında Təbrizi təmsil edir.

 

“Traxtur” komandası martın 26-da məşqlərə başlayacağını elan etmişdir. “Maşınsazi” və “Möhtəşəm” klubları da bu günlərdə məşqləri bərpa etməyi planlaşdırırdı. Lakin Koronavirusa qarşı Mübarizə Mərkəzinin yeni bəyanatı yayıldıqdan sonra bütün planlar dəyişdi, klublar məşqləri təxirə salmağa məcbur olacaq.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN