Güney Azərbaycanın qərb bölgəsi Kürdistan kimi göstərildi – İraq Kürdistanında

Güney Azərbaycanın qərb bölgəsi Kürdistan kimi göstərildi – İraq Kürdistanında

GünAz TV: İraq Kürdistanında separatçı referendumun keçirildiyi ərəfədə sözdə Kürdistan dövlətinin böyük xəritəsi yayılıb.

 

Ərbil yollarının kənarında asılan xəritələrdə Güney Azərbaycanın qərb bölgəsi, həmçinin Türkiyə, Suriya və İraq ölkələrinin bir hissəsi Kürdistan ərazisi kimi göstərilib.

 

Şimali İraq Kürd Yönətiminin xarici işlər üzrə ofisinin rəsmisi Əbdulsalam Setuni “Anadolu” xəbər agentliyinə verdiyi açıqlamada iddia edib ki, “sözügedən xəritələr xüsusi şirkətlər tərəfindən məsuliyyətsiz bir şəkildə yayılıb, bu məsələnin bölgəsəl yönətimə heç bir əlaqəsi yoxdur.”

 

“Şimali İraq Kürd Yönətiminin referendumla bağlı siyasəti məlumdur. Bölgəsəl Yönətim qanunlar çərçivəsində yalnız İraq sərhədləri içində təbliğat işləri aparmaqdadır”- deyə Ə.Setuni bildirib.

 

Qeyd edək ki, İraq Kürdistanında bu gün bölgəsəl yönətimin lideri Məsud Barzaninin əmri ilə separatçı referendum keçirilir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN