Güney azərbaycanlı idmançı olimpiadada qazandığı medalını zəlzələdən zərərçəkənlərə bağışlayıb

Güney azərbaycanlı idmançı olimpiadada qazandığı medalını zəlzələdən zərərçəkənlərə bağışlayıb

GünAz TV: Güney azərbaycanlı taekvondoçu Yusif Kərəmi olimpiadada qazandığı medalını Şərqi Azərbaycan Əyalətində baş verən zəlzələdən zərərçəkənlərə bağışlayıb.

 

Miyanalı idmançı 2004-ci il Afina Olimpiadasında üçünçü yeri tutaraq bürünc medalı qazanıb. O medalını təbii fəlakətdən zərərçəkənlərə bağışlamaq məqsədi ilə hərraca çıxarıb.

 

Şərqi Azərbaycan Gənclər və İdman İdarəsinin rəisi Əyyub Behtac bu barədə “Mehr” xəbər agentliyinə danışaraq medalla maraqlanan insanları, xüsusi ilə də xeyriyyəçiləri hərracda iştirak etməyə çağırıb.

“Bu idmançı əldə etdiyi ən dəyərli medalını təbii fəalakətdən zərərçəkənlərə bağışlayır. O bununla fəxr edib, başını uca tuta bilər. Xeyriyyəçilər, yatırımçılar və bu xeyrxah işdə iştirak etmək istəyən bütün insanlardan istəyirəm ki, hərraca qatılıb bu işə öz töhvələrini verməklə, insanlığın medalını fəxrlə boyunlarından assınlar.”- deyə o bildirib.

 

Noyabrın 8-də Şərqi Azərbaycanda təxminən 6 bal gücündə dağıdıcı zəlzələ baş verib. Hadisə nəticəsində Miyana və Sarab şəhərlərində bir çox kənddə evlər dağılıb. Çox sayda ölən və xəsarət alanlar var. Lakin deyilənlərə görə, hökumət təbii fəlakətdə ölənlərin sayını gizlədir. Hazırda zəlzələ bölgəsində ağır vəziyyət hökm sürür, soyuq hava şəraiti vəziyəti daha da ağırlaşdırıb. Bölgədə ərzaq məhsulları, qızınmaq vasitələri, tibbi ləvazimat və digər yardımlara təcili ehtiyac var. Dövlətin etdiyi yardım olduqca yetərsizdir, insanların zəruri ehtiyaclarını ödəmir. Zəlzələ bölgəsinə ən çox yardım göstərən yenə də Güney Azərbaycan əhalisidir.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN