Haşim Pənahinin “Çətəçilər”in təxribatı ilə bağlı bəyanatı

Haşim Pənahinin “Çətəçilər”in təxribatı ilə bağlı bəyanatı

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Haşim Pənahi  “Çətəçilər”in Azərbaycan Milli Hərəkatına qarşı son təxribatı barədə bəyanat yayıb.    

 

“Milli Hərəkatda hər şeydən önəmli milli mənafedir. Lakin bir çoxları şəxsi mənafeni, milli mənafedən üstün tutaraq hərəkata daxil olub və bu gün tanınmış fəal Abbas Lisani və GünAz TV kollektivinə qarşı təxribat xarakterli fəaliyyətlə məşğuldular.

 

GünAz TV-ni tanıdığım gündən onun milli mənafeyə xidmət etdiyini gördüm. Bu televiziya onun rəhbərliyinin şəxsi vəsaiti hesabına təsis edilib.

 

Dirəniş Təşkilatının şərəfli insanlarımıza qarşı təxribat fəaliyyəti ilə məşğul olması bizdə şübhələr yaradır, onlar bu suallara cavab verməlidilər. İlk öncə şəxsi ixtilaf kimi görünürdü, lakin sonralar sübut oldu ki, başda İsmail Cavadi olmaqla Dirəniş Təşkilatı təxribata başlayıb və Abbas Lisani kimi  millətçiləri hədəfə alıblar.

 

Bu Təşkilatın xəyanətləri heç vaxt unudulmayacaq və mən bir millətçi olaraq tanınmış azərbaycanlı fəallara qarşı aparılan təxribatları kəskin şəkildə qınayıram”- deyə bəyanatın bir hissəsində qeyd olunub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN