Həmədanda çoxuşaqlı ana 1 milyon tümən ev kirasını ödəyə bilmədiyi üçün həbs edilib

Həmədanda çoxuşaqlı ana 1 milyon tümən ev kirasını ödəyə bilmədiyi üçün həbs edilib

GünAz TV: Güney Azərbaycanda kirayələrdə yaşayan ailələrin sayı gün keçdikcə artır. Onlardan bir çoxu ev kirasını ödəyə bilmədiyi üçün bir çox problemlə üzləşir.

 

Ev kirasını ödəyə bilmədiyiyindən həbs edilən ailə başçılarının biri də Həmədan şəhərində həbs olunub. Həmədan Əyaləti Diyə Mərkəzinin icraçı direktoru Yədulla Ruhani bu barədə noyabrın 19-da mətbuata danışıb.

 

“Həmədanda çoxuşaqlı ana övladları ilə birlikdə bir evdə kirayədə yaşayıb. O bir neçə aydır ki, ev kirasını vaxtı-vaxtında ödəyə bilməyib. Sonda ev sahibi həmin ailədən şikayət edib. Bundan sonra 44 yaşlı ana noyabrın 2-də həbs olunub.”- deyə o bildirib.

 

Yədulla Ruhani əlavə edib ki, həmin xanımla bağlı noyabrın 17-də mərkəzdə dosye təşkil olunub. Bundan sonra Həmədan Əyaləti Diyə Mərkəzinin yardımı ilə problem öz həllini tapıb və sözügedən xanım azadlığa buraxılaraq ailəsinə qovuşub.

 

Qeyd edək ki, Güney Azərbaycanın bütün əyalətlərində yoxsulluq, işsizlik, bahalıq və iqtisadi tənəzzül hökm sürür. Nüvə fəaliyyəti ilə əlaqədar Amerika Birləşmiş Ştatlarının İrana tətbiq etdiyi iqtisadi sanksiyalar ölkədə, o cümlədən Güney Azərbaycanda vəziyyəti daha da ağırlaşdırıb. Bu vəziyyətdən ən çox yoxsul və iqtisadi baxımdan zəif olan ailələr əziyyət çəkir.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN