Həsən Ruhani Urmiyədə etiraz şüarları ilə qarşılandı: “Ruhani, Ruhani – Vədlərin bəs hanı?!” - GÖRÜNTÜ

Həsən Ruhani Urmiyədə etiraz şüarları ilə qarşılandı: “Ruhani, Ruhani – Vədlərin bəs hanı?!” - GÖRÜNTÜ

GünAz TV: İran prezidenti Həsən Ruhani Urmiyə şəhərinə səfəri zamanı azərbaycanlılar tərəfindən  səsləndirilən etiraz şüarları ilə qarşılaşıb.

 

Soydaşlarımız H.Ruhaninin çıxış etdiyi Qədir (Durnalar yuvası) stadionuna toplaşaraq ölkə prezidentinin qarşısında “Ruhani, Ruhani – Vədlərin bəs hanı” kimi şüarlar səsləndiriblər.

 

Minlərlə etirazçı əllərində plakatlar tutaraq Həsən Ruhaninin 4 il öncə Azərbaycan türk millətinə verdiyi vədləri xatırladıb, onların yerinə yetirilmədiyindən şikayətləniblər.

 

Plakatlar üzrəndə “Ruhani, Ruhani – Vədlərin bəs hanı”, “Urmu gölü dolmadı – Türk dilində məktəbimiz olmadı” və s. kimi şüarlar yazılıb.

 

Stadionda polis qüvvələri ilə yerli əhali arasında pərakəndə şəkildə qarşıdurma halları da yaşanıb.

 

Məlumata görə, Həsən Ruhani seçki qərargahının məsulları əhalini “Ya Hüseyn , Mir Hüseyn” şüarı səsləndirməyə çağırıblar, lakin soydaşlarımız “Haray haray mən türkəm”, “Azərbaycan var olsun – İstəməyən kor olsun” və s. kimi şüarlar səsləndiriblər. Stadionda səsləndirilən şüarların eşidilməməsi üçün fars dilində gur səslə musiqi yayımlanıb, bu, soydaşlarımızın kəskin etirazına səbəb olub.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN