Hökumətin Təbriz Şəhər Şurası seçkilərinin nəticəsini dəyişdirmək cəhdi nəticə vermədi

2017-05-31 14:01

GünAz TV: Rejimin Güney Azərbaycanın Təbriz şəhərində mayın 19-da keçirilən Şura seçkilərinin nəticəsini dəyişdirmək cəhdi nəticə verməyib.

 

Təbriz Şəhər Şurası Seçkilərinə Nəzarət Heyətinin rəisi Hüseyn İsmaili 5-ci Şura seçkilərinin elan olunan nəticəsinin təsdiqləndiyini açıqlayıb.

 

O çərşənbə günü jurnalistlərlə görüşdə Təbriz Şəhər Nəzarət Heyətinə daxil olan 100 şikayət və müşahidəçilər tərəfindən bildirilən müəyyən etirazlara görə bəzi sandıqlardan çıxan səslərin yenidən sayıldığını bildirib. “Namizədlərin etiraz etdiyi sandıqların səsləri ekspertlər, müşahidəçilər, etirazçı namizədlər və Nəzarət Heyəti üzvlərinin gözü qarşısında yenidən sayıldı, lakin nəticə dəyişmədi”- deyə o bildirib.

 

Hüseyn İsmaili səslərin yenidən sayılması, namizədlərin qazandığı səslərin sayı və onların sıralamasında təsiredici dəyişikliyə səbəb olmadığını və bununlada seçkilərin nəticəsinin təsdiqləndiyini açıqlayıb.

 

Təbriz Şəhər Şurası seçkilərinin nəticəsi elan olunduqdan sonra dini lider Əli Xamenei və İslam İnqilabı Keşikçilər Korpusuna (“Sepah”) yaxın namizədlərin Şəhər Şurasına yol tapmadıqları məlum olunca seçkilərin nəticəsini dəyişdirmək cəhdləri başladı. Məlikanın keçmiş “Sepah” komandanı, Şərqi Azərbaycan və Ərdəbil vilayətlərinin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinin rəis müavini, Məlikanın bir neçə dövr millət vəkili olmuş Salman Xudadadi, həmçinin “Sepah”a yaxınlıqları ilə seçilən Təbrizin millət vəkilləri Əhməd Əlirzabəyli və Məhəmməd Hüseyn Fərhəngi seçki nəticəsinin dəyişdirməsinə ən çox cəhd göstərən məsullardan olublar. Qeyd edək ki, yuxarıda adını çəkdiyimiz Salman Xudadadi dəfələrlə Azərbaycan Milli Hərəkatı və milli-mədəni fəallara qarşı sərt və düşməncəsinə mövqe sərgiləyib.

 

Rəsmi açıqlamaya görə, Təbriz Şəhər Şurasına yol tapan namizədlərin siyahısı bundan ibarətdir:

 

Əsas üzvlər:

1.Şəhram Dəbiri 2.Şəkur Əkbərnəjad 3.Fridun Babayi Əqdəm 4.Məhərrəm Məhəmmədzadə 5.Səid Dəbbağ Nikuxislət 6.Abdulla Tağıpur Həllacan 7. Fərəc Məhəmməd Qulizadə 8. Soniya Əndiş 9.Məhəmməd Baqir Beheşti 10.Kərim Sadiqzadə 11.Əli Acudanzadə 12.Qulam Hüseyn Məsudi Reyhan 13.Məhəmməd Əşrəf Niya.

 

Əvəzedici üzvlər:

1.İrəc Şəhid Baher 2.Məhəmməd Həsən Əsvətçi 3.İsmail Çəməni 4.Nüsrətulla Şahidi 5.Məhəmməd Hüseyn Cəfəri 6.Zeynəddin Herisinəjad 7.Məhəmməd Rza Xudaverdizadə 8.Musa Əşrəfi.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.22.2020 : “Dalana dirənən İran! Vaşinqton rəsmi Tehrana qarşı təzyiq siyasətini sonadək qoruyacağını açıqladı”

2020-09-22

gun az article

Şərqi Azərbaycanda hər gün 7 nəfər koronavirusdan ölür

2020-09-22

gun az article

Qızılözən çayı ətrafında yaşayan nadir heyvanın nəsli kəsilməkdədir

2020-09-22

gun az article

Güney Azərbaycanda növbəti ətraf mühit faciəsi: Zəncanda minlərlə balıq tələf olub

2020-09-22

gun az article

Təbrizdə baş verən yol qəzasında 2 nəfər ölüb

2020-09-22

gun az article

Şərqi Azərbaycan əyalətində davada xəsarət alanların sayı artıb

2020-09-22

gun az article

GünazTV Sep.21.2020: PARLAQ GƏLƏCƏK: Tetik Mexanizmi'nin Tə'sirləri

2020-09-22

gun az article

Təbriz Universitetində türk dili və ədəbiyyatı üzrə təhsil alan ilk tələbələr məzun olub + GÖRÜNTÜ

2020-09-21

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-21

gun az article

İran rəsmisi Muğanda neft yataqlarının axtarışına başlanacağını açıqlayıb

2020-09-21

gun az article

Həbsə məhkum edilən 2 milli fəalın məzuniyyəti uzadılıb

2020-09-21

gun az article

Xorasan türkləri Nadir Şah haqqında kitab nəşr edib

2020-09-21

gun az article

Güney Azərbaycanda 3 işçi qazdan zəhərlənərək ölüb

2020-09-21

gun az article

İranlı nazir Azərbaycanın Təkab şəhərini Kürdüstan adlandırıb + VİDEO

2020-09-20

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-20

gun az article

“Durnalar yuvası”  stadionunun türkcə lövhəsi qaytarılıb

2020-09-20

gun az article

Qızıl şəhəri Təkab sürgün məntəqəsi kimi təqdim olunub

2020-09-20

gun az article

Azərbaycan adını təhrif edən mağazalar şəbəkəsi düzəliş etməyə məcbur olub

2020-09-20

gun az article

Yüzlərlə iraqlı kürd tələbəsinin Təbrizə yerləşdirilməsi barədə məlumatlar yayılıb

2020-09-19

gun az article

Güney Azərbaycanın Zəncan və Həmədan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-19