İran rejimi GünAz TV-nin maliyyə qaynaqlarının elan olunmasına israr etməkdə nə məqsəd güdür?

2017-08-14 15:51

GünAz TV: Müasir dünyada peyk televiziyası təsis etmək, onun vasitəsi ilə verilişlər yaymaq çoxlu maliyyə vəsaiti tələb edir. Televiziya fəaliyyətini davam etdirmək üçün zəngin maliyyə qaynaqları və güclü hamiyədarlara ehtiyacı var. Hotbird, Telstar və Yahsat peyklərindən 24 saat veriliş yayan Güney Azərbaycanın təkcə kanalı olan GünAz TV də bu qaydadan istisna deyil.  

 

Televiziya yeni təsis edildiyi illərdə dəyərli Azərbaycan əhalisindən canlı proqram vasitəsi ilə maliyyə yardımı toplayırdı. Maddi imkanı yaxşı olan vətənpərəst azərbaycanlı insanlar GünAz TV-nin canlı verilişi ilə əlaqə saxlayaraq maliyyə yardımı etdiklərini və onun məbləğini açıqlayırdılar. Sonralar bu insanların bir çoxu təhqir, təhdid və təzyiqlərə məruz qaldılar. Hətta GünAz TV düşmənləri qeyri-insani bir şəkildə onların özlərini və ailə üzvlərini aşağılayıcı ifadələrlə təhqir etdilər. Bu vəziyyət himayədarların bəzilərinin ciddi narahatlığına səbəb oldu. Bundan sonra GünAz TV məsulları, himayədarlarını təhqir və təzyiqlərindən qorumaq məqsədi ilə maliyyə yardımlarını açıq şəkildə qəbul etməməyə qərar verdilər.

 

İndi ortaya belə bir sual çıxır: İran rejimi və onunla bilərəkdən vəya bilməyərəkdən eyni istiqamətdə hərəkət edənlərin GünAz TV-nin maliyyə qaynaqlarını elan etməkdə israrlı olmalarının səbəbi nədir?! Onlar çalışır ki, televiziyanın himayədarlarını kəşf edərək onları təhdid edib, televiziyaya edilən maliyyə yardımına mane olsunlar, nəticədə televiziya öz fəaliyyətini davam etdirə bilməsin.

 

Bu şəxslər və İran rejiminin əlaltıları bilməlidilər ki, GünAz TV məsulları siz düşündüyünüzdən qat-qat şüurludular. Əgər bu işlərinizlə qarşıya qoyduğunuz hədəfə çatacağınızı zənn edirdinizsə, çox sadəlövh insanlar imişsiniz.

 

Özlərini milli fəal kimi göstərən bəziləri, İran rejimi ilə birlikdə GünAz TV-ni Qərb ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları (ABŞ), Avropa Birliyi, İsrail, Türkiyə və Azərbaycan Respublikası tərəfindən maliyyələşdirildiyini bildirirlər. Onlara bildirək ki, ABŞ Xarici İşlər Nazirliyinə maliyyə yardımı ilə bağlı müraciət olunub, təəssüflə bu günə qədər bizə mənfi cavab verilib. Televiziyaya demokratik ölkələrdən maliyyə yardımı almaqla bağlı kömək edə biləcək şəxslər vəya qruplar varsa, biz  bu yardımlarla daha yaxşı proqramlar yaya bilərik deyə həmin şəxslərə səmimi şəkildə təşəkkür edərik. Maliyyə yardımının sənədləri isə onların əlində olacaq, qoy istədikləri kimi, hətta bizim əleyhimizə istifadə etsinlər.

 

Azərbaycan cəbhəsində olduqlarını iddia edən bəziləri bilərəkdən vəya bilməyərəkdən İran rejiminin kütləvi informasiya vasitələri ilə paralel şəkildə GünAz TV əleyhinə addım atırlar. Onlar yaxşı bilir ki, belə bir televiziyanın təsisi və fəaliyyət göstərməsi çoxlu maliyyə vəsaiti və sponsorlar tələb edir. Bu vəsait dəyərli vətənpərvər azərbaycanlılar tərəfindən təmin olunur. Televiziya, YoyTube vəya Facebook deyil ki, bəziləri boş vaxtlarında oturub videolar yayaraq Azərbaycan məsələlərini bir tərəfə qoyub GünAz TV-yə qarşı təxribatla məşğul olsunlar. Bu, 24 saatlıq bir kütləvi informasiya vasitəsidir və bir mətbuat orqanı kimi, öz fəaliyyətində heç bir qabliyyətə malik olmayan iddiaçılardan əmr gözləmir, bu gələcəkdə də belə olacaq.

 

Əcaba sözdə siyasi fəal kimi görünən şəxslərin GünAz TV-nin maddi durumu və maliyyə dövriyyəsi ilə bu qədər maraqlanmalarının səbəbi nədir?! İran rejiminin bu barədə olan mövqeyi və məqsədi kimsəyə gizli deyil. Azərbaycan türk millətinin düşməni olan rejim təbii olaraq GünAz TV-nin fəaliyyətinə zərbə vurmaq üçün müxtəlif ssenarilərdən istifadə edir. Məlum şəxslərin bu barədə GünAz TV-yə qarşı açıqlamaları isə əsasən qısqanclıq, şöhrətpərəstlik və qərəzli münasibətlə bağlıdır. Aydın məsələdir ki, bütün bunlar İran rejiminin dəyirmanına su tökməkdən başqa heç nə deyil.

 

Fərz edək ki, Madaqaskar dövləti GünAz TV-nin bir əsrlik vəya 100 illik büdcəsinin təmini ilə bağlı qərar qəbul edib. Gəlin televiziyanın verilişlərinə baxaq, bu verilişlər Madaqaskar dövlətinin mənafei yoxsa Güney Azərbaycan türk millətinin mənafei uğrundadır?! Demək ki, bu qərəzli şəxslər televiziyanın verilişlərinə irad tuta bilmirlər, nəticədə GünAz TV maliyyə qaynaqlarını açıqlamır deyə səs-küy salırlar. Onlar əslində İran rejiminə bağlı kütləvi informasiya vasitələrinin xətti üzərində hərəkət edirlər. Biz nə üçün sizdən soruşmuruq ki, siz GünAz TV-yə qarşı var gücünüzlə təxribat aparmaq üçün hardan pul alırsınız? Həm də o halda ki, İran rejimi də belə təxribatı dəstəkləyir. Hansı aqil insan maliyyə qaynaqlarını bir neçə sadəlövh və anlaşılmaz insanın ixtiyarına verər?! Demək ki, sizin GünAz TV-nin maliyyə məsələləri ilə bağlı video yaymağınız yalnız təxribat və şantaj məqsədi güdür. Siz narahat olmayın, GünAz TV-nin məsulları öz işlərini yaxşı bilir və sizin kimi mühasibəçilərə ehtiyac yoxdur.

 

Sonda GünAz TV, İranın panfarsist və irqçi sistemi ilə mübarizədə dəyərli azərbaycanlılar,  İran İslam Cümhuriyyətinə qarşı demokratik dövlətlər, həmçinin humanist insanların Birləşmiş Millətlər Təşkilatı (BMT) və beynəlxalq qanunların legitim tanıdığı maliyyə yardımlarına olduqca müsbət baxdığını elan edir.

 

N.S

 

 

 

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
Səməd Niknam

2020-06-22

Dinsiz toplum olmamışdır. Din ictimai idealogiyanın və insan kimliyinin tərkib hissəsidir. İnsan mədəniyyəti din üzərində qurulub. İran farslarından fərqli olaraq, İran türklər, özəllilkə Səfəvilər bu mədəniyyətin yaranmasında böyük işlər görmüşdür. İnam hər kəsin şəxsi işidir. Amma din yalnız inamdan ibarət detil. Din insan mədəniyyətini özündə toplayan insani dəyərdir. Biz bu dəyərləri mənimsəməli və gəlişdirməliyik. İran türkləri və Səfəvilər bu mədəniyyətə yiyələndilər və onu yaşatdılar. Biz islam mədəniyyətini mənimiyə bilməsəydik, dövlət qura bilməzdik. Din varsa, mədəniyyət var, mədəniyyət varsa dövlət var. Farslar islamı mənimsiyə bilmədi. Ona görə də, İslamdan sonra dövlətdərin itirdilər. Farslar bu gündə islamı anlamamış və hər şeyi tərsə yozullar. İslamdan sapmışlar. Ona görə də, müsəlman xalq onları qəbul etmir. Türklər İslamı mənimsəmiş bir millətdir. Bütün türk dövlətdəri, istər Səlcuqlular, Osmanlılar, Səfəvilər və Qacarlar İslam mədəniyyəti üzərində qurulub. İslam dininin mahiyyətinə uuğun olaraq, bütün türk dövlətləri layik olmuşdur. Demək istəyirəm ki, İslam zatən layik dindir. Bu günkü İran İslam Cumhurisi də, teokratik dövlət deyil. Bunların islama ayidatı yoxdur.

Post | Gunaz article social
توران

2020-06-21

البته فارسها به تاریخ نداشته اشان میبالند.اون وقت ما تورکها نباید به تاریخ مستند و واقعی امان بنازیم؟

Post | Gunaz article social
A

2020-06-09

لعنت بر اسد و حامیان او

Post | Gunaz article social
سالار

2020-06-08

در جواب به فریده سرهنگی صفویان به خاطر قدرت امپراطوری و به دلیل اینکه زبان ترکی زبان رسمی کل امپراطوری بود مورد تایید ترکان هستش.

Post | Gunaz article social
Cahandar

2020-06-06

Ölün Gücünüz Heykələ Çatar.

Post | Gunaz article social
فرید سرهنگی

2020-05-31

توجه کنیم مازندرانی ها یا بهتر بگم شمالی ها 60درصد پان ایرانیست های معاصر را تشکیل می دهند.حواسمان به این ها باشه این ها از فارس ها بیشتر فارس پرستی یا ایران (ویران) پرستی می کنند این شمالی های پان ایرانیست زهرشان از مامبای سیاه هم غلیظ تر است!

Post | Gunaz article social
Babek

2020-05-30

فرید سرهنگی، چه ربطی به این خبر داشت فرمایش شما؟

Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

Ruhani: “Ümid edirik ki, yaxın günlərdə Şərqi Azərbaycanda koronavirus xəstəliyi ilə bağlı vəziyyət yaxşılaşacaq”

2020-07-04

gun az article

Zəncanda daha 7 nəfər koronavirusdan ölüb, 36 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb

2020-07-04

gun az article

Qərbi Azərbaycanın 10 şəhərində koronavirusla bağlı yeni məhdudiyyətlər tətbiq edilib

2020-07-04

gun az article

Ərdəbil əyalətində 39 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 3 nəfər ölüb

2020-07-04

gun az article

Şərqi Azərbaycan valisi: “Koronavirusa yoluxanların 92%-i sağalıb”

2020-07-04

gun az article

GünazTV Juluy.03.2020: Azadlıq səsi: Milli Hərəkatda dövlətçilik düşüncəsi və formaları

2020-07-04

gun az article

GünazTV July.03.2020-QADINCA: Coronavirusla mübarizədə hansı dövlətlər uğur qazana bilər.

2020-07-03

gun az article

GünazTV July.03.2020: Nətənz uranyum zənginləşdirmə qurğusunun bir hissəsində yanğın

2020-07-03

gun az article

Maku şəhərində irqçiliyi əks etdirən Firdovsi heykəli qaldırılıb+ VİDEO

2020-07-03

gun az article

Həmədanda ağır yol qəzası baş verib

2020-07-03

gun az article

Qərbi Azərbaycanda  468 nəfər koronavirusdan ölüb

2020-07-03

gun az article

Urmiya gölündə suyun səviyyəsi düşüb

2020-07-03

gun az article

Zəncanda xəstəxanadan reportaj hazırlamaq istəyən fotoqraf saxlanılıb

2020-07-03

gun az article

GünazTV July.02.2020-Sözümüz: Babək Qalası

2020-07-02

gun az article

GünazTV July.02.2020- Düşünməyə Çağrı: Milli Siyasi Elit Problemimiz

2020-07-02

gun az article

Təbrizdə Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2020-07-02

gun az article

GünazTV July.01.2020: İrandakı oğurluq və korrupsiyanın artması ilə birlikdə işçi etirazlarının yayılması

2020-07-02

gun az article

Zəncan əhalisinin 85%-i koronavirusa yoluxa bilər, xəstəxanalar böhran vəziyyətində

2020-07-02

gun az article

Ərdəbildə taksilərin gediş haqqı bahalaşıb

2020-07-02

gun az article

Qərbi Azərbaycanda koronavirusdan müalicə alanların sayında yeni rekord: 853 nəfər

2020-07-02