İran rejimi Qaşqay türkcəsində səhnələşdirilən tamaşanın nümayişini dayandırıb

2017-08-20 08:26

GünAz TV: Qaşqay türklərinin yaşadığı Firuzabad şəhərində “Qara çadır gəlini” tamaşasının nümayişi dayandırılıb.

 

Bu barədə Qaşqay türklərinin mədəni fəalları tərəfindən xəbər yayılıb.

 

Məlumata görə, Əkrəm Mirzayinin rəhbərliyi ilə səhnəyə çıxarılan “Qara çadır gəlini” Qaşqay türkcəsində hazırlanıb. İslami İrşad və Mədəniyyət İdarəsindən alınan icazəyə əsasən, tamaşa avqustun 12-dən 19-dək həmin idarənin mədəniyyət salonunda səhnəyə çıxarılmalı idi, lakin səhnələşdirildikdən 3 gün sonra onun nümayişi Firuzabadın İrşad İdarəsi və Ettelaat (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən dayandırılıb.

 

Əldə edilən məlumata görə, tamaşa üçüncü axşam səhnələşdirildikdən sonra İrşad İdarəsinin rəisi bir neçə Ettelaat əməkdaşı ilə birlikdə salona gələrək onun icrasını dayandırıblar. Onlar bildirib ki, Tehrandan gələn gizli məktubda tamaşanı səhnələşdirən qrupun belə bir icazəsi olmadığı qeyd olunub. Ona görə də tamaşanın nümayişi dayandırılmalıdır. Onlar həmçinin tamaşa ilə bağlı şəhərdə yayılan bannerlərin də toplanmasını tələb ediblər.

 

Bununla da yerli əhalinin böyük rəğbətini qazanan tamaşanın nümayişini təyin edilmiş tarixə qədər davam etdirmək mümkün olmayıb.

 

Qaşqay türkləri bir türk eli kimi, daim İran rejiminin təzyiqi altında olub. Bir neçə şəhərdə, lakin kompakt şəkildə yaşayan Qaşqay türklərinin fəalları müəyyən mədəni tədbirlər keçirməklə rejimin asimilasyon siyasəti qarşısında müqavimət göstərməyə çalışırlar.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Qaradağın yeraltı sərvətlərinin talanması davam edir + VİDEO

2020-09-25

gun az article

Güney azərbaycanlı milli fəal Səhənd Məali yenidən həbsxanaya qayıdıb

2020-09-25

gun az article

GünazTV Sep.24.2020-Sözümüz: Ustad Şəhriyar

2020-09-25

gun az article

GünazTV Sep.17.2020- Düşünməyə Çağırı: Məktəblərin Açılışı və Anadilimiz(1/2)-Qarabağda Savaş Başlarsa Nə Etməliyik?(2/2)

2020-09-25

gun az article

GünazTV Sep.24.2020 : “İran Prezidentinin “bəraət” cıxışı”

2020-09-24

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-24

gun az article

Milli fəal Qulam Quluzadə azadlığa buraxılıb

2020-09-24

gun az article

Azərbaycanlı milli fəal Abdulla Səduqi saxlanılıb

2020-09-24

gun az article

İranın ən böyük avtomobilqayırma zavodunun xəritəsində terror qruplaşmalarının Azərbaycana qarşı mövqeyinə yer verilib

2020-09-24

gun az article

Ərdəbildə uşaqlara türkcə ad verilməsinə qoyulan qadağaya qarşı divarlara şüarlar yazılıb + GÖRÜNTÜ

2020-09-24

gun az article

İnsan hüquqları cəmiyyəti: Təhsildə qarşılaşdığınız ədalətsizlikləri paylaşın + VİDEO

2020-09-24

gun az article

Milli fəal Həkimə Əhmədinin ölkədən çıxışına qadağa qoyulub

2020-09-24

gun az article

GünazTV Sep.23.2020: İranın korona siyasətinin faciəsi davam edir, Avrupa, Amerikanın İrana son təhrimini sındıra bilər?

2020-09-24

gun az article

GünazTV Sep.23.2020: İranda dil tədrisinin vəziyyəti: Fars dili vacib, Çin dili müstəhəb, Türk dili isə haramdır

2020-09-23

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-23

gun az article

Zəncanda 65 min nəfər şəhərətrafı məhəllələrdə yaşayır

2020-09-23

gun az article

Güney azərbaycanlı milli fəal Cəfər Rüstəmirad azadlığa buraxılıb

2020-09-23

gun az article

Şəbistərdə ağır yol qəzası: 1 nəfər ölüb

2020-09-23

gun az article

Qərbi Azərbaycanın yerli olmayan valisi əyalətin təhlükəsizlik işlərini kürdlərə tapşırıb

2020-09-23

gun az article

Həbsdə olan milli fəal Əlirza Fərşi yeni korpusa köçürülüb

2020-09-23