İran rəsmiləri Azərbaycanda yol kənarına qalanan almalarla bağlı nə deyirlər?

İran rəsmiləri Azərbaycanda yol kənarına qalanan almalarla bağlı nə deyirlər?

GünAz TV: İranın Kənd Təsərrüfatı naziri Güney Azərbaycanda tonlarla almanın məhv olmasına münasibət bildirərkən yol kənarına qalanan almaların keyfiyyətsiz və bu vəziyyətin adi hal olduğunu bildirib.

 

Azərbaycanda bağbanlar minbir zəhmətlə becərdikləri məhsulu satmağa yer tapmadıqları üçün tonlarla almanı yol kənarına toplayıblar, buna heç bir hökumət orqanı cavabdeh olmur. Hətta bu vəziyyətə etiraz olaraq Meşginşəhr (Xiyav), Marağa, Əhər və Urmiyə şəhərlərində bir çox bağban meyvə ağaclarını kəsərək digər işlərlə məşğul olmağa başlayıblar. Hökumət rəsmiləri isə problemi həll etmək yerinə ağacların kəsilməsi və yollar kənarında qalanmış almalarla bağlı yayılan xəbərləri təkzib etməklə məşğuldular.

 

Mövzu ilə bağlı Kənd Təsərrüfatı naziri Mahmud Höccəti “İran xəbər şəbəkəsi”nə verdiyi müsahibədə faktı inkar etməyə çalışıb.

 

“Yol kənarına qalanan almalar ağac dibinə tökülən məhsullardır. Bu hadisə hər il baş verir və adi haldır”- deyə nazir vurğulayıb.

 

https://www.youtube.com/watch?time_continue=47&v=17WZCy22DEY

 

Şərqi Azərbaycan Kənd Təsərrüfatı Təşkilatının rəisi  Kərim Mehri də “İrna” xəbər agentliyinə oxşar açıqlama verib. “Almaların məhv olması ilə bağlı yayılan video və görüntülər doğru deyil. Bu məhsullar əslində küləyin tökdüyü meyvələrdir, onlar ağaclardakı xəstəlik, ziyanvericilər və xüsusi ekoloji şəraitdən dolayı tökülür. Bu məhsulların bir hissəsi hətta 3-cü sort alma da sayılmır, onların müəyyən hissəsi isə meyvə emalı fabriklərinə göndərilmək üçün bir yerə toplanılıb”- deyə o bildirib.

 

K.Mehri hətta iddia edib ki, “Şərqi Azərbaycanda bağbanlar 1-ci sort və keyfiyyətli almalarını artıq satıblar. Bəziləri isə məhsulu soyuducu anbarlarda saxlayır.”

 

Səlahiyyətli orqanların məsulları o halda yayılan məlumatı təhrif etməyə çalışır ki, bütün bölgə əhalisi bu vəziyyətlə yaxından tanışdır. Hətta soydaşlarımız “Azərbaycan alması alaq” kampaniyası keçirməklə zəhmətkeş bağbanları müflis olmaqdan qurtarmağa çalışır. Kampaniya iştirakçıları bağbanlara yardım məqsədi ilə azərbaycanlılardan alma almağı istəyiblər.

 

Mövzu ilə bağlı bu xəbərləri oxuya bilərsiniz:

Qərbi Azərbaycanın millət vəkilləri alma mafiyasını ifşa edərək bu barədə Nazirliyə sual ünvalayıblar - Məktubun təsviri

Güney Azərbaycanda bağbanlar məhsullarını satmaq üçün yer tapmır - GÖRÜNTÜ

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN