İran rəsmisi: “Ölkənin neft məntəqələrini qorumaq üçün özəl komandanlıq yaradılacaq”

İran rəsmisi: “Ölkənin neft məntəqələrini qorumaq üçün özəl komandanlıq yaradılacaq”

İranın Passiv Müdafiə Təşkilatının rəhbəri Qulamrza Cəlali oktyabrın 2-də Osləviyyədəki “Pars” özəl iqtisadi zonasının məsulları ilə görüşərək neft məntəqələrinə qarşı mümkün təhlükələrdən və bunun qarşısını almaq üçün görüləcək tədbirlərdən danışıb.

 

Qulamrza Cəlali deyib ki, İranın neft məntəqələrini müxtəlif təhlükələr, o cümlədən də hərbi, terrorçu və kiber hücumları, eləcə də təbii fəlakət hadisələri təhdid edir: “Elə buna görə də bu məntəqələrin təhlükəsizliyini qorumaq üçün özəl komandanlıq yaradılacaq. Belə ki, Əhvaz, Mahşəhr, Osləviyyə və Xark kimi məntəqələrdə əmin-amanlıq, təhlükəsizlik və müdafiə sahələrində üç qatdan ibarət yeni bir quruluş yaradılacaq və buna nəzarət etmək üçün bir baş komandan təyin ediləcək. Beləliklə də təyin ediləcək komandan, bu dörd məntəqədə təhlükəsizliyin qorunub saxlanılması işinə rəhbərlik edəcək”.

 

Qulamrza Cəlali bildirib ki, ölkənin dörd neft məntəqəsinin təhlükəsizliyini qorumaq məqsədilə yeni bir komandanlığın yaradılmasına İranın Ali Milli Təhlükəsizlik Şurası qərar verib.

 

Xatırladaq ki, ay yarım əvvəl Qulamrza Cəlali jurnalistlərə ançıqlamasında ölkənin bir sıra neft-kimiya komplekslərinə kiber hücumu olundguğunu təsdiqləmişdi. Həmçinin bir neçə ay əvvəl İranın bir neçə neft məntəqəsində, o cümlədən də “Cənubi Pars” və “Mahşəhr” məntəqələrində ardıcıl və şübhəli yanğınlar baş versə də, ölkə rəsmiləri bunu təkzib etməyə çalışmışdılar.

A.M

Açar Sözlər

Güney Azərbaycan

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN