İran Teleradio Təşkilatı Azərbaycan ərazisini “Mahabad Əyaləti” adlandırıb

İran Teleradio Təşkilatı Azərbaycan ərazisini “Mahabad Əyaləti” adlandırıb

GünAz TV: Kürd terror qruplaşmalarının Güney Azərbaycanın qərb bölgəsini kürdləşdirmə planına dəstək verən İran rejimi insanları psixoloji olaraq yeni inzibati ərazi bölgüsünə hazırlayır.

 

Məlumata görə, İran Teleradio Təşkilatı növbəti dəfə Güney Azərbaycan torpaqlarını saxta adla təqdim edib. 1-ci Telekanal Qərbi Azərbaycan Əyalətində yerləşən qədim türk şəhərini (Soyuq bulaq) bu əyalətin bir hissəsi kimi deyil, “Mahabad Əyaləti” kimi qələmə verib.

 

Teleradio Təşkilatının terror qruplaşmalarının xeyirinə etdiyi saxtakarlıq radikal kürdlər tərəfindən böyük rəğbətlə qarşılanıb. İş o yerə çatıb ki, Mahabad Teleradio Təşkilatının rəsmi Teleqram kanalı, 1-ci telekanalda yayılan görüntünü yayaraq altında kürd dilində “Öz aramızdı, onlara hansısa bir xəritə verilib?” cümləsini yazıb.

 

 

Son iki gündə bu barədə sosial şəbəkələrdə müxtəlif yazı və görüntülər yayılıb. Azərbaycanlı internet istifadəçiləri soydaşlarımızdan İran Teleradio Təşkilatı və azərbaycanlı millət vəkillərinə etiraz etmələrini tələb ediblər.

 

Qeyd edək ki, İranda bütün əyalətlərdə təkcə bir yerli bölgəsəl telekanal fəaliyyət göstərir. Şübhəsiz ki, bu telekanal əyalətin mərkəzindən yayımlanır. Lakin bu məsələdə Mahabad şəhəri istisna təşkil edir. İran rejimi Mahabadda kürd dilində müstəqil telekanal yaratmaqda Qərbi Azərbaycanın bölünməsinə şərait yaradır. Halbuki, İranın müxtəlif əyalətlərində yaşayan milyonlarla türklər üçün, hətta Həmədan kimi türk əyalətində Azərbaycan türkcəsində telekanalın fəaliyyət göstərməsinə icazə verilmir.

 

Mahabadın tarixi adı “Soyuq bulaq” olub. Bu şəhər Azərbaycanın ən qədim şəhərlərindən biridir, lakin son 100 ildə Pəhləvi rejimi və İslam Cümhuriyyəti tərəfindən kürdləşdirilib. Buna baxmayaraq hələ də Mahabad məntəqəsində bir çox coğrafi adlar türk dilindədir.

 

Bu zəmində aşağıdakı xəbəri oxuya bilərsiniz:

Mahabadın kürd millət vəkili “Göytəpə”nin adını dəyişdirmək istəyir - PKK-nın istədiyi kimi

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN