Iranda daha 2 adam edam edilib

Iranda daha 2 adam edam edilib

GünAzTV: İranda narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilən daha 2 adam edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata görə, hər iki müttəhim, oktyabrın 4-ü sübh saatlarında İranın Xurrəmabad şəhərinin Parsilon zindanında dara çəkilib. Edam edilənlərdən birinin adı Şirudə Təhmasibidir. O, 5 kiloqramlıq narkotik maddənin qaçaqmalçılığında günahlandırılıb. Digər müttəhimin adı mediaya açıqlanmayıb.

 

Beynəlxalq təşkilatların bütün etirazlarına baxmayaraq, son illər İranda edamların sayı kəskin dərəcədə artıb. İran İslam Respublikası öz vətəndaşlarına çıxardığı ölüm hökmlərinin sayına görə dünyada ikinci yeri tutur. Birinci yer isə Çinə məxsusdur

A.M

Açar Sözlər

Güney Azərbaycan

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN