İranda İrqçiliyə qarşı Mübarizə Mərkəzi baş verən sel fəlakəti ilə bağlı bəyanat yaydı

İranda İrqçiliyə qarşı Mübarizə Mərkəzi baş verən sel fəlakəti ilə bağlı bəyanat yaydı

GünAz TV : İranda İrqçiliyə qarşı Mübarizə Mərkəzi Güney Azərbaycanda baş verən sel fəlakəti ilə bağlı bəyanat yayıb.

 

Bəyanatda Azərbaycan əhalisinə başşağlığı verilərək İran rejiminin irqçi və ayrı-seçkilik siyasəti sərt tənqid edilib.

 

“Dağıdıcı sel bu günədək 41 nəfərin ölümü və 31 nəfərin itkin düşməsinə səbəb olub. “Şəhrvənd” və “Həmşəhri” kimi Tehran mətbuat orqanları isə xəbər başlıqlarında eyni toplumda birgə yaşamaq normalarını nəzərə almadan Azərbaycan əhalisinin yarasına duz tökdülər. Rəsmi şəxslər də bundan öncə baş verən zəlzələ və Təbriz-Məşhəd qatarının keçirdiyi qəza zamanı olduğu kimi, bu dəfə də məsələyə laqeyd yanaşdılar. Sanki bu bölgənin əhalisi İrana aid deyil. İranda İrqçiliyə qarşı Mərkəz belə irqçi və mərkəzçi davranışları məhkum edərək sel fəlakəti qurbanlarının ailəsi və Azərbaycan əhalisinə başsağlığı verir”- deyə bəyanatda qeyd olunub.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN